. Love.az

Zaqafqaziya Mermer Boceyi - Wikipedia - Love.az

Ana Səhifə - Zaqafqaziya Mermer Boceyi

Zaqafqaziya mərmər böcəyi (lat. Polyphylla fullo) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ.

Zaqafqaziya mərmər böcəyi
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
???:
Zaqafqaziya mərmər böcəyi
Beynəlxalq elmi adı
  • Polyphylla fullo L., 1758
Vikianbarın loqotipi
Şəkil
axtarışı
NCBI  1476581

Mündəricat

  • 1 Xarici quruluşu
  • 2 Həyat tərzi
  • 3 Yayılması
  • 4 Ədəbiyyat
  • 5 Xarici keçidlər

Xarici quruluşu

redaktə

Zaqafqaziya mərmər böcəyi 28–38 mm uzunluqda olub, qanadüstlüyü üzərində ağ mərməri naxışlar, ön kürəciyinin əsasında isə qara haşiyə vardır. Bığcıqları lövhə şəkilindədir. İyunun sonundan başlayaraq böcəklər kütləvi uçuşa başlayırlar. Böcəklər ancaq gecələr fəal olur. Az müddət sonra böcəklər cütləşməyə başlayırlar.[1]

Həyat tərzi

redaktə

Bir dişi böcək həyatı ərzində 15-40-a kimi yumurta qoyur. 20-25 gün keçdikdən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. Birinci qabıqdəyişməyə qədər sürfələr humus, müxtəlif bitki qalıqlarının çürüntüləri və s. ilə qidalanırlar. Qışda havanın temperaturunun aşağı düşməsilə əlaqədar olaraq torpağın dərin qatlarına gedib qışlayırlar. Sürfə pup halına torpağın 10-15 sm dərinliyində keçir. Puplaşma havanın temperaturundan asılı olaraq 20-30 gün çəkir.[2]

Yayılması

redaktə

Azərbaycanın Gəncə, Qazax zonalarında geniş yayılmışdır.

Ədəbiyyat

redaktə
  • S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s.
  • N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.

Xarici keçidlər

redaktə
  • Мраморный хрущ Polyphylla fullo (Linnaeus, 1758) (Scarabaeidae) — photo by D.Doychev
  1. ↑ N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
  2. ↑ S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zaqafqaziya_mərmər_böcəyi&oldid=5332136"
LOVE.AZ