. Love.az

Zaynulla Rasulev - Wikipedia - Love.az

Ana Səhifə - Zaynulla Rasulev

Zaynulla Rasulev (başq. Зәйнулла Рәсүлев; d. 25 mart 1833 – ö. 2 fevral 1917) — başqırdların XIX əsrdə və XX əsrin əvvəllərində yaşamış dini lideri; işan. Cədidiyənin ən əhəmiyyətli nümayəndələrindən biri və ilk cədidi mədrəsəsinin qurucusu. 1859-cu ildə nəqşibəndi olmuş, 1869-1870-ci illərdə İstanbulda şeyx Əhməd Ziyaüddindən təlimat almışdır.

Zaynulla Rasulev
başq. Зәйнулла Рәсүлев
Zaynulla Rasulev
Zaynulla Rasulev
Doğum tarixi 2 mart 1833
Doğum yeri
  • Şərip, Troitsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası[1]
Vəfat tarixi 2 fevral 1917 (83 yaşında)
Vəfat yeri
  • Troitsk[d], Troitsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası
Fəaliyyəti molla, müəllim
Üzvlüyü
  • Nəqşibəndilik (1859–)[1],
  • Cədidizm[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Xatirəsi
  • 3 Ailəsi
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Zaynulla Rasulev 25 mart 1833-cü ildə indiki Uçalı rayonunun[2] Şaripova[3] kəndində molla ailəsində anadan olmuşdur.

Əvvəlcə öz doğma kəndində, daha sonra digər kəndlərdə mədrəsədə oxumuşdur.

2 fevral 1917-ci ildə indiki Çelyabinsk vilayətinin Troitsk şəhərində vəfat etmişdir. O, həmin şəhərdəki qədim müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Başqırdların xatirəsində Zaynulla Rasulev tərəfindən törədilən möcüzələr və xəstələrin müalicəsi halları haqqında bir çox əfsanəvi rəvayətlər qalmışdır.

Xatirəsi

redaktə
 
Zaynulla Rasulev məscidi
  • Uçalı şəhərində onun adına məscid var. Həmin məscid 2009-cu ildə tikilmişdir[4].
  • Ufanın Blaqoyeva küçəsi 2008-ci ildən Zaynulla Rasulev küçəsi adlanır[5].
  • 2016-cı ildə Dağıstanın Mahaçqala şəhərində Zaynulla Rasulev adına məscid açılmışdır.

Ailəsi

redaktə

Əsli Kuvakan adlı başqırd soyundandır[6].

Oğlu Qabdrəhman Rasulev də başqırdların məşhur din xadimi olmuşdur[7].

Nəvəsi Atilla Rasix (Rasulev) məşhur tatar yazıçısıdır[8].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Republic of Tatarstan Academy of Sciences Institute of Tatar Encyclopedia and Regional Studies Encyclopedia Tatarica.
  2. ↑ Энциклопедия Башкортостана: Зайнулла Расулев[ölü keçid]
  3. ↑ "Учалинский | Генеалогия и архивы". 2008-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  4. ↑ В Учалах откроется мечеть имени Зайнуллы Расулева[ölü keçid]
  5. ↑ "Решение Совета городского округа город Уфа Республики Башкортостан от 31 июля 2008 г. № 6/17". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.
  6. ↑ Согласно биографической книге внучки Зайнуллы Расулева — Сафуат Рахманкуловой (1923 — 2007)
  7. ↑ Статья в Энциклопедии Башкортостан[ölü keçid]
  8. ↑ "Татарская литература 20 века: Атилла Расих". 2017-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-09.

Ədəbiyyat

redaktə
  • Юнусова А. Б. Ислам в Башкортостане / под ред. А. В. Малашенко. — М.: Логос, 2007. — 96 с. — (Ислам в России).
  • Газизова А. А. Ишан Зайнулла, я кровиночка твоя!

Xarici keçidlər

redaktə
  • Башҡорттоң бөйөк шәйехе \\ The great shekh of Bashkirs. Article in the newspaper Yeshlek (‘’Йәшлек’’) Arxivləşdirilib 2011-02-27 at the Wayback Machine
  • «Полюс времени» — YouTube platformasında
  • Башкирское просветительство и его особенности — YouTube platformasında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zaynulla_Rasulev&oldid=6693080"
LOVE.AZ