. Love.az

Zaytuna Bikbulatova - Wikipedia - Love.az

Ana Səhifə - Zaytuna Bikbulatova

Zaytuna Bikbulatova (tam adı: Bikbulatova Zaytuna İslamovna, başq. Зәйтүнә Ислам ҡыҙы Бикбулатова; 28 may (10 iyun) 1908, Ufa quberniyası – 23 fevral 1992, Ufa) — başqırd aktrisası[1]. SSRİ xalq artisti (1973)[1].

Zaytuna Bikbulatova
başq. Зәйтүнә Ислам ҡыҙы Бикбулатова
Digər adı Adil İsgəndərov
Doğum tarixi 10 iyun 1908
Doğum yeri Çişmin, Safarovo
Vəfat tarixi 23 fevral 1992 (83 yaşında)
Vəfat yeri Ufa
Dəfn yeri
  • Ufa müsəlman qəbiristanlığı[d]
Milliyyəti başqırd
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti Aktrisa
Mükafatları "SSRİ xalq artisti" fəxri adı — 19731973

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Karyerası
  • 4 Rolları
  • 5 Xatirəsi
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

10 iyun 1908-ci ildə Çişmin rayonunun Safarovo kəndində anadan olmuşdur[1].

23 fevral 1992-ci ildə Ufada vəfat etmişdir[1]. Ufa müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Ailəsi

redaktə

Makarim Maqadeyevlə evli olmuşdur.

Karyerası

redaktə

Zaytuna Bikbulatova Ufa İncəsənət Texnikumunun teatr şöbəsini bitirmişdir[1].

Səhnə fəaliyyətinə 1927-ci ildən Ufadakı Başqırdıstan Dram Teatrında başlamışdır[1].

1961–1984-cü illərdə Başqırdıstan Teatr Xadimləri İttifaqının sədri olmuşdur[1].

Rolları

redaktə

O, bir sıra müxtəlif xarakterli, real səhnə obrazları yaratmışdır[1]. Əsas rolları:

  • Laurensiya ("Qoyun bulağı", L. de Veqa)
  • Dezdemona ("Otello", U. Şekspir)
  • Larisa ("Cehizsiz qız", A. Ostrovski)
  • Anna Karenina ("Anna Karenina", L. Tolstoy)
  • Tanya ("Tanya", A. Arbuzov)
  • Möhtərəmə ("Biz ayrılmayacağıq", İ. Abdullin)
  • Züleyxa ("Tənha qayınağacı", M. Kərim)
  • Fatimə ("Həyat nəğməsi", M. Əmir) və b.

Xatirəsi

redaktə
  • Ufa şəhərindəki M. Frunze küçəsində yerləşən 1 nömrəli evə aktrisanın şərəfinə xatirə lövhəsi vurulmuşdur.
  • Çişmin rayonunun Safarovo kəndində yerləşən küçələrdən biri onun adını daşıyır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 BİKBULATOVA Zaytuna İslamovna Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)

Xarici keçidlər

redaktə
  • Бикбулатова, Зайтуна Исламовна Arxivləşdirilib 2016-04-08 at the Wayback Machine // Башкирская энциклопедия. — Уфа: ГАУН "Башкирская энциклопедия", 2013. — ISBN 978-5-88185-306-8.
  • Бикбулатова, Зайтуна Исламовна // статья в Большой Советской Энциклопедии
  • Зайтуна Бикбулатова — Корифей башкирской сцены (к 105-летию со дня рождения выдающейся актрисы) // Отдел культуры МР Кургачинский район
  • Одна улыбка Бикбулатовой — целое откровение // Пенсионеры [ölü keçid]
  • Бикбулатова Зайтуна Исламовна // Чишминская районная межпоселенческая библиотека Arxivləşdirilib 2017-02-22 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zaytuna_Bikbulatova&oldid=7408474"
LOVE.AZ