Zemfira Emin qızı Sadıxova (17 iyun 1939, Bakı) — Azərbaycanın kino aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2007).
Zemfira Sadıxova | |
---|---|
Zemfira Emin qızı Sadıxova | |
Doğum tarixi | (85 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı | Yusif Vəliyev |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1965–indiyə kimi |
Təhsili | |
Mükafatları |
![]() |
Zemfira Sadıxova 17 iyun 1939-cu ildə Bakıda anadan olub. O, 1961–1965-ci illərdə[1] M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.
Zemfira Sadıxova 1974-cü ildən[1] "Azərbaycanfilm" kinostudiyasında işləyir. O, bu kinostudiyanın nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmış[2] və burada 30-dan çox filmdə rollar yaratmışdır.
Aktyor Yusif Vəliyevin həyat yoldaşı olmuşdur.[1]