Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 8 gün əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Zeynəb Səlimova (d. Bakı ş.) — yazıçı, “Peşəkar Star” mükafatçısı.
Zeynəb Səlimova | |
---|---|
Doğum yeri | Bakı ş. |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Qərb Universiteti |
Mükafatları | |
zeynabsalimovabooks.com |
Zeynəb Səlimova Bakıda dünyaya gəlib. Səkkizinci sinfədək 23 nömrəli məktəbdə oxuyub. Tam orta təhsilini 134 nömrəli məktəbdə alıb.
1997-2001-ci illərdə Qərb Universitetinin işgüzar inzibatçılıq fakültəsində beynəlxalq biznesin idarə olunması ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə magistr dərəcələrinə yiyələnib[2].
2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
2001-ci ildə turizm agentliklərinin birinin satış şöbəsində çalışıb. 2003-cü ildə ailə qurduğu üçün bir müddət heç yerdə işləməyib, 2005-ci ildə “Elegant Travel” turizm şirkətini yaradaraq dörd il həmin şirkətə rəhbərlik edib. Eyni zamanda akademik Ziya Səmədzadənin rəhbərliyi altında elmi iş üzərində işləyərək 2008-ci ildə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib[2]. 2011-ci ildə doktorluq dərəcəsi aldıqdan sonra Azərbaycan Turizm və Menecment Universitetində müəllimə işləmişdir[3].
2009-2010-cu illərdə “Flydubai Airlines” hava yolları şirkətində çalışıb. 2015-ci ildən ABŞ-nin Texas ştatının Hyuston şəhərində yaşayır. 2017-2019-cu illərdə burada kollecdə oxuyaraq biznesin idarə olunması ixtisasına yiyələnmişdir.
Zeynəb Səlimova on yaşından bədii yaradıcılıqla məşğul olumuşdur. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
İlk şeirlər kitabı, “Все чувства выплеснуть позвольте” 2001-ci ildə, ikinci kitabı “Я хочу, чтобы длился день” isə 2005-ci ildə Bakıda işıq üzü görüb. Amerikaya gələndən sonra yazıçının iki romanı həm ABŞ-də və həm də Rusiyada nəşr olunub[2].
Onun 2017-ci ildə Amerikada işıq üzü görən “The Garnet Bunches” və 2018-ci ildə ərsəyə gələn “Up to Miracles: A Stone’s Throw from a Fairy Tale” kitabları ABŞ-nin bir sıra mötəbər sərgilərində nümayiş etdirilib.