. Love.az

Zeynalabdin Sultan Kengerli - Wikipedia - Love.az

Ana Səhifə - Zeynalabdin Sultan Kengerli

Zeynalabdin sultan Həsən bəy oğlu Kəngərli (1791–1834) — II rus-İran müharibəsi iştirakçısı, Naxçıvan xanlığının sərkərdəsi.

Həyatı

redaktə

Zeynalabdin sultan Həsən bəy oğlu 1791-ci ildə Naxçıvan xanlığının Dərələyəz mahalının Rəsulqışlağı kəndində anadan olmuşdu. Kəngərli elinin Əlixanlı oymağındandır. Molla yanında oxumuşdu. Xanlığın atlı alayında yüzbaşı kimi xidmət etmişdi.

Zeynalabdin sultan Kəngərli II rus-İran müharibəsinə qatılmışdı. Döyüşdə göstərdiyi şücaətə görə 3-cü dərəcəli Anna ordeni ilə təltif edilmişdi.

Zeynalabdin sultan Kəngərli Yasəmən xanımla ailə qurmuşdu. Nabat xanım adlı qızı vardı.

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, Dərələyəz mahalının ünlü simaları, Bakı, "Soy" dərgisi, 6 (50), 2011,
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Zeynalabdin_sultan_Kəngərli&oldid=7707036"
LOVE.AZ