Zoran Naskoviç (serb. Зоран Насковић; 5 iyul 1971, Kosovska-Kamenitsa[d]) — Yuqoslaviya və Serbiya hərbçisi, Serbiya Silahlı Qüvvələrinin general-mayoru. O, 2024-cü ildən bəri Serbiya Silahlı Qüvvələrinin Təlim Komandanlığının komandiri kimi xidmət edir. Naskoviç və Serbiya Quru Qoşunlarının 1-ci briqadasının keçmiş komandiri olmuşdur.
Zoran Naskoviç | |
---|---|
serb. Зоран Насковић | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyul 1971(1971-07-05) (53 yaş) |
Doğum yeri |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | briqada generalı |
Təltifləri |
![]() ![]() |
Zoran Naskoviç 5 iyul 1971-ci ildə Kosovska-Kamenitsa şəhərində anadan olmuşdur. O, 1994-cü ildə Quru Qoşunları Hərbi Akademiyasını (tank-mexanikləşdirilmiş bölmələr fakültəsi) bitirmiş, 2006-cı ildə komanda-qərargah heyətinin təkmilləşdirmə kurslarını, 2012-ci ildə Baş Qərargah üzrə təkmilləşdirmə kurslarını və 2021-ci ildə təhlükəsizlik və müdafiə üzrə ali kursları başa vurmuşdur.[1][2]
Naskoviç 1994-cü ildən Yuqoslaviya Federativ Respublikası Silahlı Qüvvələrində, 2003-cü ildən Serbiya və Monteneqro Silahlı Qüvvələrində, 2006-cı ildən isə Serbiya Silahlı Qüvvələrində xidmət etmişdir. O, Uroşevatsda yerləşən 243-cü mexanikləşdirilmiş briqadanın tərkibində tank tağımına,[3] mexanikləşdirilmiş tağıma, mexanikləşdirilmiş bölüyə və mexanikləşdirilmiş batalyona komandanlıq etmişdir. Naskoviç 78-ci motoatıcı briqadanın mexanikləşdirilmiş batalyonuna rəhbərlik etmiş, 211-ci tank briqadasında əməliyyat məsələləri şöbəsinin rəisi olmuşdur.[1] O, 2001-ci ildə Yuqoslaviya Federativ Respublikasının cənubunda yerləşən ərazilərində, Kosovo ilə sərhəd bölgələrdə baş tutmuş döyüşlərdə iştirak etmişdir.[3]
Naskoviç Serbiya Silahlı Qüvvələri yaradılandan sonra 3-cü briqadanın qərargah rəisi, 4-cü briqadanın komandir müavini və Serbiya Quru Qoşunlarının əməliyyat məsələləri üzrə komandir köməkçisi vəzifələrində çalışmışdır. O, 2024-cü ilin aprelinə qədər Serbiya Silahlı Qüvvələrinin 1-ci briqadasının komandiri olmuşdur.[2]
Naskoviç 4 aprel 2024-cü ildə Serbiya Silahlı Qüvvələrinin Təlim Komandanlığının komandiri təyin edilmişdir.[2]
Zoran Naskoviç aşağıdakı orden və medallarla təltif edilmişdir:[1]
Podporuçik | Leytenant | Kapitan | Baş kapitan | Mayor | Podpolkovnik | Polkovnik | Briqada generalı | General-mayor |
---|---|---|---|---|---|---|---|---|
1994 | 1997 | 1999[3] | 2001 | 2005 | 2008 | 2013 | 2019 | 2024 |