Kipunnci (Rungwecebus kipunji) — Həmçinin yayla manqabeyi kimi tanınan, Tanzaniyanın yayla meşələrində yaşayan Əntərmeymunu (Köhnə Dünya meymunu) növü.
Kipunci | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kipunci |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu növ 2003-cü ilin dekabrında və 2004-cü ilin iyulunda Vəhşi Təbiəti Mühafizə Cəmiyyəti, Corciya Universiteti və Conservation International (Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyəti) tərəfindən müstəqil şəkildə kəşf edilmişdir və 1984-cü ildən bəri kəşf edilən ilk yeni Afrika meymun növüdür.[2]
Əvvəlcə Lophocebus cinsinə aid edilsə də[2][3], genetik və morfoloji məlumatlar göstərdi ki, bu növ Lophocebus cinsindəki digər manqabeylərdən daha çox pavianlara (Papio cinsi) yaxındır. Alimlər daha sonra onu Rungwecebus adlı yeni bir cinsə aid etdilər, bu ad Runqve dağının şərəfinə verilmişdir.[4]
Kipunci 1923-cü ildə Allenopithecus nigroviridisdən (Allenin bataqlıq meymunundan) bəri kəşf edilən ilk yeni meymun cinsidir.[5]