Tiosav Yankoviç (serb. Тиосав Јанковић; 29 sentyabr 1974) — Serbiya hərbi xadimi, Serbiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin general-leytenantı, 2024-cü ildən Serbiya Silahlı Qüvvələri Baş Qərargahının müavini. O, 2023–2024-cü illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi, 2018–2023-cü illərdə isə Serbiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 250-ci raket briqadasının komandiri olmuşdur.
Tiosav Yankoviç | |
---|---|
serb. Тиосав Јанковић | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 sentyabr 1974(1974-09-29) (50 yaş) |
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-mayor |
Döyüşlər | |
Təltifləri |
![]() |
Tiosav Yankoviç 1997-ci ildə Serbiya Hərbi Akademiyasını (raket qoşunları və hava hücumundan müdafiə fakültəsi) bitirmişdir. O, həmin ildən Yuqoslaviya Federativ Respublikası Silahlı Qüvvələrində, 2003-cü ildən bəri Serbiya və Monteneqro Silahlı Qüvvələri sıralarına, 2006-cı ildən isə Serbiya Silahlı Qüvvələrində xidmət etmişdir. Yankoviç 2008-ci ildə komanda-qərargah ixtisasartırma kurslarını, 2013-cü ildə Baş Qərargah üzrə ixtisasartırma kurslarını, 2017-ci ildə isə təhlükəsizlik və müdafiə üzrə ali kursları başa vurmuşdur.[1][2]
Yankoviç Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiədə xidmət edən zaman 250-ci raket briqadasının 3-cü batareyasında xidmət etmişdir.[2] Bu batareya 27 mart 1999-cu ildə Amerika Birləşmiş Ştatlarının F-117A sərrast bombardman təyyarəsini, 2 may tarixində isə sonradan ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi olmuş polkovnik-leytenant Devid Qoldfeynin idarə etdiyi F-16 qırıcısını vurmuşdur.[3] Yankoviç zenit-raket kompleksi (ZRK) texniki, ZRK navodka zabiti, batareya navodka komandiri, hava hücumundan müdafiə divizionunun komandir müavini və raket divizionunun komandiri vəzifələrində çalışmışdır. O, 250-ci raket briqadasında əməliyyat məsələləri üzrə komandir köməkçisi, daha sonra qərargah rəisi və komandir müavini olmuşdur.[1] Yankoviç 2018–2023-cü illərdə 250-ci raket briqadasına komandanlıq etmişdir.[2][4]
Yankoviç 6 iyul 2023-cü ildən[2] Serbiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin (J-3) rəisi vəzifəsini tutmuşdur.[1] O, 13 noyabr 2024-cü ildən isə Serbiya Silahlı Qüvvələri Baş Qərargahının müavini təyin edilmişdir.[5]
Tiosav Yankoviç aşağıdakı mükafatlarla təltif edilmişdir:[1]
Podporuçik | Leytenant | Kapitan | Baş kapitan | Mayor | Polkovnik-leytenant | Polkovnik | Briqada generalı | General-mayor | General-polkovnik |
---|---|---|---|---|---|---|---|---|---|
1997 | 1999 | 2001 | 2004 | 2008 | 2012 | 2015 | 2019 | 2023 | 2024 |