Qanun keşiyində (ing. Justified) — 2010-cu il martın 16-da "FX" telekanalında premyerası baş tutan ABŞ istehsalı neovestern janrlı kriminal-dram televiziya serialı. Qrehem Yost tərəfindən ərsəyə gətirilən serial, Elmor Leonardın "Fire in the Hole" hekayəsindən və Reylan Qivens obrazından ilhamlanaraq ekranlaşdırılmışdır. Timoti Olifant öz ədalət prinsiplərini qətiyyətlə həyata keçirən Amerika Birləşmiş Ştatları federal marşalının müavini Reylan Qivens obrazını canlandırır.
Qanun keşiyində | |
---|---|
ing. Justified | |
Janr | dram teleserialı[d], döyüş filmi |
İstehsalçı ölkə | |
Rəng | rəngli[d] |
Davametmə müddəti | 42 dəq. |
IMDb | ID1489428 |
justifiedtv.com |
Serialın süjet xətti Kentukki ştatının şərqində yerləşən Appalaç dağları bölgəsində, xüsusilə də bir çox əsas qəhrəmanın doğulub boya-başa çatdığı Harlan qraflığının sakinləri və mədəniyyəti ətrafında cərəyan edir. Hadisələrin bir qismi həmçinin ABŞ Federal Marşal Xidmətinin yerli idarəsinin yerləşdiyi Leksinqton şəhərində baş verir. Altı mövsüm ərzində yayımlanan və 78 seriyadan ibarət olan serial 2015-ci il aprelin 14-də yekun seriyası ilə tamaşaçılarla vidalaşmışdır.
Televiziya serialı ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |