Proceratium qarışqası — Proceratiinae yarımfəsiləsinə aid olan nadir qarışqa nəsli. 80-ə yaxın növü (nəsli kəsilənlərlə birlikdə) vardır.[2]
Proceratium | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Proceratium |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bu nəsil nadir olsa da, şimal mülayim və tropik zonalarda geniş yayılıb. Köhnə dünyada İspaniyadan Yaponiyaya, Afrika sahraaltı bölgələrindən Mavrikiyə, Malay arxipelaqına, Yeni Qvineyaya, Kvinslend (Avstraliya) və Ficiyə qədər yayılıb. Yeni Dünyada isə Kanadadan Braziliyaya qədər (və bəzi Karib adaları) geniş yayılıb.[3]
Koloniyalar nisbətən kiçikdir, adətən 200-dən az fərddən ibarətdir. Onlar torpaqda, çürümüş ağacda, daşların altında və ya ağac budaqlarında yuva qururlar. Qardaş nəsil Discothyrea kimi, bəzi növlər əsasən hörümçək yumurtaları olmaqla, buğumayaqlı yumurtaları ilə qidalanan ixtisaslaşmış yırtıcılardır.[4]
Bu nəsilə aid daha çox növ mövcuddur və onların bir çoxu nadir və ya fosil növlərdir.
Vikianbarda Proceratium ilə əlaqəli mediafayllar var. |