. Love.az

Eqreb Xususi Teyinatli Destesi - Wikipedia - Love.az

Ana Səhifə - Eqreb Xususi Teyinatli Destesi
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. (fevral 2025)
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. (fevral 2025)
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (fevral 2025)
(Learn how and when to remove this template message)

"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.

Əqrəb
Növü xüsusi təyinatlı
Ölkə Azərbaycan Azərbaycan
Tabedir DİN Daxili Qoşunları
Sayı gizli saxlanılır
Müharibələr 2-ci Qarabağ müharibəsi
Döyüşlər Cəbrayıl döyüşləri
Füzuli döyüşləri
Xocavənd döyüşləri
Fərqlənmə nişanları
Komandanlıq
Komandir May. Ələsgər Muxtarov

Yaradılması

redaktə

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.

"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Qarabağ" ordenli mayor Ələsgər Muxtarovdur.[1]

Tarixi

redaktə

"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərinin və Xocavənd şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 6 nəfər şəhid olmuşdur. XTD Komandiri Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanmışdır.

İstinadlar

redaktə
  1. ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Əqrəb_(hərbi_birləşmə)&oldid=8044896"
LOVE.AZ