"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyi münasibətilə təsis edilmişdir.
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)" yubiley medalı | |
---|---|
|
|
Ölkə | |
Tip | yubiley medalı[d] |
Statistika | |
Təsis tarixi | 1 may 2025 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi" yubiley medalı |
Aşağı mükafat | "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı |
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)" yubiley medalı Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]
Yubiley medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, habelə mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması və fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin həyata keçirilməsində fəal iştirak edən şəxslər təltif edilirlər.[2]
Medala layiq görülən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər.
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalından sonra taxılır.
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)" yubiley medalıının təsviri Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 191-VIIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.[3]
Medalın ümumi təsviri
Medalın ön tərəfi
Medalın arxa tərəfi
Medalın elementləri
37 mm x 50 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Alt hissədə olan qızılı rəngli metal lövhənin üzərində milli ornament həkk olunmuşdur.