"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 30 dekabr 2022-ci ildə təsis edilmişdir.
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı | |
---|---|
|
|
Ölkə | |
Tip | medal |
Təltif edir | Azərbaycan Respublikasının Prezidenti |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 30 dekabr 2022 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Dövlət qulluğunda fərqlənməyə görə" medalı |
Aşağı mükafat | "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı |
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 786-VIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]
Medalı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi fərqlənən, daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən Azərbaycan Respublikası daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşları təltif edilirlər.[2]
Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər.
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
"Daxili işlər orqanlarında xidmətdə fərqlənməyə görə" medalının təsviri Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 786-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.[3]
Medalın ümumi təsviri
Medalın ön tərəfi
Medalın arxa tərəfi
Medalın elementləri