. Love.az

Naxcivan Muxtar Respublikasina Xidmetlere Gore Nisani - Wikipedia - Love.az

Ana Səhifə - Naxcivan Muxtar Respublikasina Xidmetlere Gore Nisani

"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı.

Mündəricat

  • 1 Təsisi
  • 2 Statusu
  • 3 Təsviri
  • 4 Təltif edilənlər
  • 5 İstinadlar
  • 6 Həmçinin bax

Təsisi

redaktə

"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir.[1]

Statusu

redaktə

"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı aşağıdakılara görə verilir:[2]

  • dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə görə;
  • dövlət quruculuğu işlərində xidmətlərə görə.

"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları olduqda onlardan sonra taxılır.[2]

"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur.[2]

Təsviri

redaktə

"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.[2]

Nişan səkkizguşəli ulduz şəklindədir.[2] Nişanın ön tərəfində mərkəzdə dövlət gerbi təsvir edilmiş, çevrə boyunca "NAXÇIVAN MUXTAR RESPUBLİKASINA XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmışdır.[2] Yazı və təsvirlər qabarıqdır.[2]

Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır.[2] Ortasında nişanın nömrəsi həkk olunmuşdur.[2]

Təltif edilənlər

redaktə
Əsas məqalə: "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif edilənlərin siyahısı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Muxtar Respublikasının "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" və "Rəşadətli əməyə görə" nişanlarının təsis edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2013-cü il tarixli Fərmanı [ölü keçid] serqqapisi.az  (az.)
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanının Əsasnaməsi [ölü keçid] serqqapisi.az  (az.)

Həmçinin bax

redaktə
  • Azərbaycanın orden və medalları
  • Azərbaycan Respublikasının ordenləri
  • "Rəşadətli əməyə görə" nişanı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=%22Naxçıvan_Muxtar_Respublikasına_xidmətlərə_görə%22_nişanı&oldid=7406513"
LOVE.AZ