"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir.
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı | |
---|---|
|
|
Ölkə |
![]() |
Tip | medal |
Təltif edir | Azərbaycan Prezidenti |
Status | təqdim olunur |
Statistika | |
Təsis tarixi | 5 noyabr 2022 |
Ardıcıllıq | |
Yüksək mükafat | "Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə" medalı |
Aşağı mükafat | "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi" yubiley medalı |
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir.[1]
Medal ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
Medala layiq görülən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri tərəfindən təltif edilirlər.
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.[2]
Medalın ümumi təsviri
Medalın ön tərəfi
Medalın arxa tərəfi
Medalın elementləri