Çöl Qubalı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Ərəb Qubalı kənd inzibati ərazi dairəsində kənd.[1]
Çöl Qubalı | |
---|---|
40°09′09″ şm. e. 48°24′00″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Kürdəmir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1027 (2009) nəfər |
Xəritəni göstər/gizlə
|
Çöl Qubalı oyk. Şirvan düzündədir. Toponimin birinci komponenti keçmişdə burada mövcud olmuş İçəri Qubalı kənd adının birinci komponentinin qarşılığıdır və "kənar" mənasındadır. Toponimin ikinci komponenti isə, mütəxəssislərin fikrincə, ərəbkufəli etnoniminin təhrif olunmuş formasıdır. Ərəb işğalları dövründə (VII əsr) İraqın Kufə mahalından köçürülmüş tayfalardan biri olan ərəb-kufəlilər bu ərazidə məskunlaşmışdılar.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1027 nəfər əhali yaşayır.[3]