. Love.az

Col Pisikdirnagi - Wikipedia - Love.az

Ana Səhifə - Col Pisikdirnagi

Çöl pişikdırnağı (lat. Prosopis farcta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin pişikdırnağı cinsinə aid bitki növü.

Çöl pişikdırnağı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Paxlaçiçəklilər
Fəsilə:
Paxlakimilər
Yarımfəsilə:
Caesalpinioideae
Klad:
Mimosoid clade
Cins:
Pişikdırnağı
Növ:
Çöl pişikdırnağı
Beynəlxalq elmi adı
  • Prosopis farcta J.F.Macbr.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  504619
NCBI  264982
EOL  703106

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
    • 6.2 Heterotipik sinonimləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Arealı

redaktə

Aralıq dənizinin şərq hissəsi və İran üçün endemik bitkidir. Yayılma sahəsinə Türkiyə və Kipr, Əlcəzairdən Fələstinə, İordaniyaya, Suriyaya, Ərəbistana, İraqa, Əfqanıstana, Pakistana və Qafqazın bir hissəsi, Orta Asiya və İrandan Hindistana qədər daxildir.

Botaniki xarakteristikası

redaktə

Şaxəli tikanlı kolcuqdur, hündürlüyü 50–60 sm-ə çatan, nazik, möhkəm və əyilən budaqlıdır, üzəri konusşəkilli qırmızımtıl tikanlıdır. Cavan budaqlar və yarpaq saplaqları qısa tükcüklüdür. Yarpaqlar uzunsov-ovalşəkilli, uzunluğu 4–6 sm-dir. İkiqat cütlələkvaridir. Yarpaqcıqları xırda, 2,5–5,0 mm uzunluqda və 2 mm-ə qədər enində olub, xətvari, uzunsov formalı, üzəri qısa-tüklü, çox xırda saplaqcıqlarda yerləşir. Salxımları sıx, silindrik, çoxçiçəkli, yarpaqların qoltuqlarında yerləşir, ölçüsünə görə yarpaqlara bərabər və ya onlardan azca qısadır. Kasacığı dairəvi, 5 qısa dişcikli, tacı 4–5 mm-ə qədər uzunluqda olub, solğun və ya açıq sarı rəngdədir. Erkəkcikləri sərbəst, tacdan uzundur. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-sentyabrda yetişir. Paxlaları yumurtavari, uzunsov, düz və ya əyilmiş, qırmızımtıl-qonur rəngli olub, sonralar şabalıdı-qonura çalır, 4–6 sm uzunluğunda və 2,5 sm-ə qədər enindədir. Toxumları yığcam, dəyirmi, hamar, qonurdur. Yerüstü hissələri çox yavaş böyüyür.

İşıq, istisevən, quraqlığadavamlı, torpağa az tələbkar, tez böyüyən bitkidir.

Ekologiyası

redaktə

Quraqlığadavamlı, torpağa az tələbkar xırda kolcuqdur.

Azərbaycanda yayılması

redaktə

Xəzər sahili, Abşeron, Qobustan, Kür-Araz ovalığı, Lənkəran, Muğanda dağ ətəklərində və şoranlaşmış düzənliklərdə bitir.

İstifadəsi

redaktə

Meyvəsi, kökü, kök qabığı taninlə zəngindir, tərkibində 5,9% şəkər var, dadlıdır, bəzən xörəkdə istifadə olunur. Çiçəklərdə boyayıcı piqmentlər vardır ki, bundan da ipək boyamasında istifadə olunur.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Lagonychium farctum (Banks & Sol.) Bobrov
  • Mimosa farcta Banks & Sol.

Heterotipik sinonimləri

redaktə
  • Acacia heterocarpa Delile
  • Acacia persica Sterler ex Steud.
  • Acacia stephaniana (M.Bieb.) Willd.
  • Lagonychium stephanianum (M.Bieb.) M.Bieb.
  • Mimosa agrestis Sieber ex Spreng.
  • Mimosa arvensis Sieber ex Steud.
  • Mimosa micrantha Vahl ex Walp.
  • Mimosa stephaniana M.Bieb.
  • Pleuromenes heterocarpa Raf.
  • Prosopis farcta var. glabra Burkart
  • Prosopis stephaniana (M.Bieb.) Kunth ex Spreng.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çöl_pişikdırnağı&oldid=8085381"
LOVE.AZ