. Love.az

Celebi Ismayil Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Celebi Ismayil Pasa

Çələbi İsmayıl Paşa (ö. dekabr 1702) — Osmanlı sultanı IV Mehmed, II Süleyman, II Əhməd və II Mustafanın dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Çələbi İsmayıl Paşa
Misir bəylərbəyi
ƏvvəlkiXəzinədar Əli Paşa
SonrakıFirari Hüseyn Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi dekabr 1702
Vəfat yeri İsfahan, Səfəvi imperiyası
Fəaliyyəti dövlət rəsmisi

Əsli və doğum tarixi məlum deyil. Yeniçəri ocağında yetişmiş, ardından 1684-cü ildə Köstəndil sancaqbəyi, 1685-ci ildə isə Rumeli bəylərbəyi oldu. Bir müddət əsirlikdə qalmış, fidyə qarşılığı geri alındıqdan sonra Sayda valisi olmuşdur. 1690-cı ildə Konya, 1691-ci ildə Anadolu bəylərbəyi və İstanbul naibi olmuşdur. 1692-ci ildə Şam, 1694-cü ildə Krit, 1695-ci ildə Misir, 1697-ci ilin oktyabrında Bağdada təyin olundu. 1698-ci ilin oktyabrında Səfəvilərin Kərbəlanı işğal etməsinin ardından 1699-cu ilin mayında Van bəylərbəyi oldu və bu ünvanla Səfəvilərin üzərinə göndərildi. Ancaq 1701-ci ilin yanvarında Səfəvilərə təslim olub onlara sığındı. 1702-ci ilin dekabrında İsfahanda vəfat etdi.

Mənbə

redaktə
  • Sicill-i Osmani III cild, səh. 152

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çələbi_İsmayıl_Paşa&oldid=6909694"
LOVE.AZ