. Love.az

Cenesizler - Wikipedia - Love.az

Ana Səhifə - Cenesizler

Çənəsizlər (lat. Agnatha) — heyvanlar aləminin xordalılar tipinin onurğalılar yarımtipinə aid heyvan infratipi.

Çənəsizlər
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Çənəsizlər
Beynəlxalq elmi adı
  • Agnatha Edward Drinker Cope, 1889[1]
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  914178
EOL  55867450
FW  91606

Mündəricat

  • 1 Xarakteristikası
  • 2 Təsnifatı
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Xarakteristikası

redaktə

Çənəsizlərə həm qazıntı halında tapılan, həm də müasir onurğalılar aiddir. Bu heyvanların xordası bütün ömur boyu qalaraq bədənə dayaq durur. Çənəsizlərin çox az nümayəndələrində fəqərələr əmələ gəlməyə başlayır. Kəllə qutusu qığırdaqdandır. O, beyni altdan və yanlardan əhatə edir. Bəzi qazıntı nümayəndələrində bu qutu qismən sümükləşmişdir. Kəllə skeletinin visseral hissəsi qəlsəmə qövslərindən ibarət olub qəlsəməətrafı toru əmələ gətirir. Bəzi qazıntı formalar nəzərə alınmazsa bu tor beyin qutusu ilə əlaqədar olmur. Adından göründüyü kimi, bu heyvanların çənələri yoxdur, ağız dəyirmi və ya üçkünc olub, sorucu ağızönü qıfın dibində yerləşir. Qoxu hissəsi təkdir, xaricə bir dəliklə açılır (keçmişdə yaşamış müxtəlif qalxanlılarda qoxu kisələrinin və burun dəliklərinin cüt olduğu güman edilir). Daxili qulaq bir, bəzən iki yarımdairəvi kanaldan ibarətdir. Quyruq üzgəci nisbətən yaxşı inkişaf edib, bir-iki bel üzgəci var, cüt üzgəcləri yoxdur. Qəlsəmə arakəsmələrinin sayı 720 olur, qəlsəmə kisələri də əmələ gəlir. Bu kisələrin daxili səthi entoderma qatı ilə örtülür, onların daxili qəlsəməlidir (adı da buradandır).

Çənəsizlər primitiv kəlləsizlərdən ordovikin sonu silurun əvvəllərində ayrılıb. Bu dövrün qazıntı qalıqlarında çənəsizlərə aid dəridə örtük sümüklərinin qalıqları tapılıb. Silurun axırları və devon dövründə yaxşı dəri skeleti olan çənəsizlər formalaşıb. Bunları keçmişdə yaşamış qalxanlılara və hazırda yaşayan çənəsizlərə ayıraraq hərəsini sərbəst sinif kimi göstəriblər. 

Çənəsizlərin əmələ gəlməsi və təkamülü tam aydın deyil. Lakin güman edilir ki, çənəsizlər onurğalıların əcdadlarının dənizlərdən şirin sulara keçdiyi dövrün əvvəllərində, dənizlərin və körfəzlərin dayazlıqlarında, çay mənsəblərində axın olmayan yerlərdə formalaşıb. 

Çənəsizlərin çoxu keçmişdə yaşayıb ölüb gediblər.[2] 

Əvvəllər devon dövründə nəsli kəsilmiş Ostracodermi sinfini də çənəsizlərə aid edirdilər. 

Təsnifatı

redaktə

Müasir çənəsizlərin sistemi aşağıdakı kimidir:

  • Çənəsizlər – Agnatha bölməsi
  • Dəyirmiağızlılar (Cyclostomata) sinfi
  • Minoqalar – Petromyzones yarımsinfi
  • Miksinlər – Myxini yarımsinfi

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
  2. ↑ Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayıov R.Ə., Ali məktəblər üçün dərslik. Onurğalılar zoologiyası. Bakı-1999. “Təhsil” nəşriyyatı. səh. 88

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çənəsizlər&oldid=6792163"
LOVE.AZ