Çəpni — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[2][3]
Kənd | |
Çəpni | |
---|---|
39°16′01″ şm. e. 46°27′29″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Zəngəzur mahalı |
Rayon | Qafan rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.950 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 19 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[4] Orta əsrlərdə Anadoluda Ulu-Yörük tayfa ittifaqının bir qolu Çəpni adlanırdı[5] XVI əsrdə Qızılbaşların Çəpni tayfasının[6][7] məskunlaşması nəticəsində yaranmışdır
Toponim qədim oğuz tayfasından olan çəpni etnonimi əsasında əmələ gəlmişdir. Qızılbaş tayfalarından birinin də adı "çəpni"dir[8]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Mənşəcə Səlcuq oğuzlarının Çəbni (Çəpni) tayfasının adını əks etdirir. 1828-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və İrandan gəlmə ermənilər yerləşdirilmişdir[9][10]. Ona görə də XIX əsrin 80-ci illərinə aid mə'lumata görə kəndin əhalisi erməni idi (yenə orada). Türkiyədə Çəpni adlı 43 kənd vardır[11]. Kəlbəcər rayonunda Çəpni kənd adı ilə mənşəcə eynidir.[12]