Çərkəz Soyqırımı[1][2] Çərkəz Deportasiyası, Çərkəz mühacirliyi, Çərkəz köçü və ya Tsitsekun[3][4][a] (ЦӀыцӀэкӀун), Rusiya imperiyası tərəfindən Çərkəz xalqının sistematik şəkildə kütləvi qətli, etnik təmizləməsi və deportasiyası idi. Çərkəz xalqının 80-97%-i,[8][9][10] təxminən 1,5 milyon insan hadisələrdən təsirləndi.[8][11][12] Rusiya qüvvələrinin hamilə qadınların bağırsaqlarını çıxarmaq kimi müxtəlif üsullardan istifadə etdiyi bildirilir. Qriqori Zass kimi rus generalları çərkəzləri "insanlıqdan kənar pislik" adlandırıb[13][14][15] və mülki çərkəzlərin kütləvi şəkildə öldürülməsini tərifləyir, onlardan elmi təcrübələrdə istifadə olunmasını müdafiə edir[13][14][15] və əsgərlərinin qadınları zorlamasına icazə verirdilər.[13]
Sağ qalan və sürgün edilən çərkəzlər Osmanlı İmperiyasına yerləşdirildi.[16][17] Osmanlı arxivləri göstərir ki, 1879-cu ildə Osmanlı ərazisinə təxminən 1 milyon çərkəz mühacir daxil olub, lakin onların təxminən yarısı sahillərdə xəstəliklərdən dünyasını dəyişib.[18] Osmanlı arxivlərini tamamlayan 1897-ci il Rusiya siyahıyaalmasında cəmi 150.000 Çərkəz qeyd edilir ki, bu da ilkin sayın onda birini təşkil edir.[19][20] 1929-cu ilin yazında elmi araşdırmalar üçün Qafqaza gedən gürcü tarixçisi Simon Canaşia ilə rastlaşdığı 91 yaşlı qoca Qara dənizin “qarpız kimi” insan bədən üzvləri ilə dolduğunu, qarğaların isə burada qadınların saçları və kişilərin aqqallarından yuva qurduğunu deyir.[21]
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz. Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir. |
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı