Çad Meredit Harli (ing. Chad Meredith Hurley; 24 yanvar 1977[1], Ridinq, Pensilvaniya) — ABŞ veb ustası və iş adamı, "YouTube"un qurucularından biri. O, "YouTube"un keçmiş CEO-su və cari məsləhətçisidir. O, həmçinin "MixBit"[ing.] video platformasının yaradıcılarından biridir.[2] Stiv Çen 2006-cı ilin oktyabrında "YouTube"u "Google"a 1,65 milyard dollara satmışdır. Harli digər qurucu ortaqları Stiv Çen[ing.] və Caved Kərim ilə birlikdə "YouTube" platformasını qurmamışdan əvvəl "eBay"ın "PayPal" bölümündə çalışmış, vəzifələrindən biri də "PayPal" loqosunu tərtib etmək olmuşdur.[3][4][5] Harli ilk növbədə "YouTube"un etiketləmə və video paylaşma aspektlərinə cavabdeh idi.[6]
Çad Harli | |
---|---|
ing. Chad Meredith Hurley | |
![]() Harli Dünya İqtisadi Forumunda (2009). | |
Doğum tarixi | 24 yanvar 1977(1977-01-24)[1] (48 yaş) |
Doğum yeri | Ridinq, Pensilvaniya, ABŞ |
Təhsili | İndiana Pensilvaniya Universiteti |
Fəaliyyəti | sahibkar, iş adamı |
Tanınır | "YouTube" platformasının qurucu ortaqlarından biri olması ilə |
chadhurley.com | |
![]() |
Don və Coan Hurli cütlüyünün ikinci övladı olaraq Pensilvaniya ştatının Ridinq şəhərində doğulub və Birdsboro yaxınlarında böyüyüb.[7] Onun Heder adlı özündən böyük bir bacısı və Brent adlı özündən kiçik bir qardaşı var.[8]
2005-ci ildə Stiv Çen və Caved Kərimlə birlikdə "YouTube"u qurdular. 2006-cı ildə "YouTube"u 1,65 milyard dollara "Google"a satdılar.[9] Platformanı satdıqdan sonra da "YouTube"da CEO kimi çalışmış və bu vəzifədən 2010-cu ilin oktyabrında istefa vermişdir. Salar Kaminqar yeni CEO təyin olunmuş, Harli isə şirkətdə məsləhətçi kimi vəzifəsinə davam etmişdir.[10]
Çarli daha əvvəl Silikon vadisi sahibkarı Ceyms H. Klarkın[ing.] qızı Keti Klarkla evlənmişdir.[11] Onlar 2012-ci ildə boşanmışdır.[12] Harli 2020-ci ildə Elis Valden ilə evlənmişdir.[13]
Vikianbarda Çad Harli ilə əlaqəli mediafayllar var. |