. Love.az

Canza - Wikipedia - Love.az

Ana Səhifə - Canza

Çanza və ya şanza (монг. шанз, бур. шаанза) — monqol və buryat simli-mizrablı musiqi aləti.

Çanza
Hornbostel–Zaks təsnifatı 321.322
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Alətin quruluşu
  • 2 Alətin tarixi
  • 3 Çanza aləti əsərlərdə
  • 4 İstinadlar

Alətin quruluşu

redaktə

Çanzanın xarici görünüşü olduqca orijinaldır. Böyük ölçülü aşıqlar bərkidilmiş boynu hamar səthli oval çanaq-rezonatora birləşdirilib. Adətə görə , çanağına üzünə ilan dərisi çəkilir.3 ipək və ya bağırsaq simlər (pərdə düzümü kvarta-kvintalıdır) özünəməxsus tembrdə titrəşən, xışıldayan, bir qədər zərb duyumu yaradan səs çıxarır.

Alətin tarixi

redaktə

Çanza alətini XX əsrdə Rusiyada rekonstruksiya ediblər. Bəzi modellərinə 4-cü simi artırılıb, həmçinin , alətin bir neçə növü hazırlanıb.

Çanza aləti əsərlərdə

redaktə

Orkestrlərdə, Çanza alətinə çox zaman müşayiətçi rol verilir, lakin onu həm solo , həm də tematik partiya ilə ifa etmək olar. Xalq təcrübəsində Çanza xalq mahnılarını oxuyanları müşayiət edir.

Buryat bəstəkarları Çanzanı simfonik və XÇA orkestrinə daxil edirlər ki, bu da onun qeyri-adi səslənməsi ilə parlaq təəsürat oyadır. Çanza aləti J. Batuyev və B. Mayzelin "Eşq naminə" baletində Solo çıxış edir.[1]

İstinadlar

redaktə
  1. ↑ Куницын О. И. Бурятская музыкальная литература. Улан-Удэ, Бурятское книжное издательство, 1986. Стр. 28, 29.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çanza&oldid=7503384"
LOVE.AZ