Çardaqlı — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Əmirli nahiyyəsində kənd. Kənddə danışılan yerli ləhcədə kəndin adına bəzən Çardaxlı və ya Çardağlı da deyilir.
Çardaqlı | |
---|---|
Ölkə | İraq |
Rayon | [[Tuzxurmatu qəzası]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1 400 [1](2009) nəfər |
Çardaqlı kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Ağsu çayının sol sahilinə yaxın (təxminən 1.1 km uzaqlıqda) düzənlikdə, dəniz səviyyəsindən 172 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Çardaqlı kəndi arasındakı məsafə 10 km-dir.
OŞSAM[2]-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Çardaqlı kəndində təxminən 1.4 min nəfər əhali yaşayırdı. Monoetnik əhaliyə sahib kəndin sakinləri türkmanlardır. Kəndin əhalisi qədim Bayat boyudan törəmişdir.[3]