Çarli Hannem (ing. Charlie Hunnam; 10 aprel 1980[1], Nyukasl-apon-Tayn, İngiltərə) — Böyük Britaniya aktyoru. O, "Anarxiyanın oğulları" teleserialının baş qəhrəmanı Ceks Telleri ifa etdiyinə görə tanınır. Bu roluna görə bir çox mükafata namizədlik əldə etmişdir.
Çarli Hannem | |
---|---|
ing. Charles Matthew Hunnam | |
![]() | |
Doğum tarixi | 10 aprel 1980(1980-04-10)[1] (45 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktyor, ssenarist, kino aktyoru, model[d], televiziya aktyoru |
Fəaliyyət illəri | 1998-ci ildən |
IMDb | ID0402271 |
![]() |
Çarlz Metty Hannem 10 aprel 1980-ci ildə Nyukasl-apon-Taynda anadan olub.[2] Onun anası Ceyn Bell balet rəqqası, atası Vilyam Hannem isə iş adamıdır. Onun nənəsi portret rəssamıdır.[3] Çarli anasının yeganə valideyn olmasına baxmayaraq, onu həqiqətən yaxşı büyütdüyünü söyləyir.[4][5][6][7] Onun Vilyam adlı böyük qardaşı və anasının evliliyindən olan Oliver və Kristian adlı iki kiçik ögey qardaşı var.[8][9]
Çarlinin anası o, 12 yaşında olarkən evlənib. Ailə daha sonra İngiltərənin Melmbury bölgəsinə köçüb.[10] Çarli uşaq yaşlarında reqbi oyanır və sinif yoldaşları ilə dava edirdi.[11][12][13] O, məktəbi başa vurduqdan sonra incəsənət kollecində film üzrə təhsil almışdır.[14][15]