Çarli Makdonnell (ing. Charlie McDonnell; 1 oktyabr 1990, Bat, İngiltərə, Birləşmiş Krallıq) — britaniyalı vloqçu, rejissor və musiqiçi.[1] 2011-ci ilin iyunun 15-də onun charlieissocoollike adlı YouTube kanalı Böyük Britaniyada birinci milyon abunəçi yığan kanal olmub.
Çarli Makdonnell | |
---|---|
ing. Charlie McDonnell | |
![]() VidCon 2014 | |
Doğum tarixi | (34 yaş) |
Doğum yeri |
![]() ![]() |
Vətəndaşlığı |
![]() |
Fəaliyyəti |
vloqçu rejissor ssenari müəllifi aktyor mahnı müəllifi ifaçı |
Fəaliyyət illəri | 4 aprel 2007 |
charliemcdonnell.com | |
![]() |
Makdonnell Bat şəhərində Lindsi və Mark ailəsində anadan olub.[1] Onun qardaşı Uillyam və bacısı Birdi var. Bat şəhərindəki Biçen Kliff məktəbində təhsil almış.[2]
Makdonnell charlieissocoollike adlı YouTube kanalı təsis açıb, 2007-ci ilin aprelin 3-də vloqlarını paylaşmağa başlamışdı. Onun populyarlığını qazandıran 'How To Get Featured on YouTube adlı ilk videosu Birləşmiş Krallığının YouTube baş səhifəsində nümayiş olunub və abunəçilərin sayı iki gün ərzində 150-dən 4000-dən artığına qalxmışdı.[3]
2011-ci ilini iyunun 15-də kanalı Birləşmiş Krallığında 1 million abunəçi yığan ilk kanal olub. 2013-cü ilin mayında isə, kanalın artıq 2 milliondan çox abunəçi yazılıb.[4]