. Love.az

Carlton Heston - Wikipedia - Love.az

Ana Səhifə - Carlton Heston

Çarlton Heston (ing. Charlton Heston; 4 oktyabr 1923[1][2][…], Evanston[d], İllinoys[5] – 5 aprel 2008[3][4][…], Beverli-Hillz, Kaliforniya) — ABŞ aktyoru.

Çarlton Heston
ing. Charlton Heston
Doğum adı John Charles Carter
Doğum tarixi 4 oktyabr 1923(1923-10-04)[1][2][…]
Doğum yeri
  • Evanston[d], Kuk[d], İllinoys, ABŞ[5]
Vəfat tarixi 5 aprel 2008(2008-04-05)[3][4][…] (84 yaşında)
Vəfat yeri
  • Beverli-Hillz, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ
Vəfat səbəbi ağciyər iltihabı, Altsheymer xəstəliyi
Dəfn yeri
  • Kaliforniya
Fəaliyyəti televiziya aktyoru, kino aktyoru, kinorejissor, səsləndirmə aktyoru[d], avtobioqraf[d], teatr aktyoru, sindikatçı[d], aktyor, ssenarist, siyasi fəal[d], siyasi fəal[d], aktivist, hərbi qulluqçu, rejissor, yazıçı, zabit
Fəaliyyət illəri 1950–2003
Təhsili
  • Şimal-Qərb Universiteti
Boyu 189 sm
Mükafatları Prezidentin "Azadlıq" medalı (Amerika Birləşmiş Ştatları) — 2003 "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi (Fransa) — 1997 Kennedi Mərkəzinin fəxri mükafatı (Amerika Birləşmiş Ştatları)
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı (Amerika Birləşmiş Ştatları) — 1960
IMDb ID0000032
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Çarlton Heston 4 oktyabr 1923-cü ildə anadan olmuşdur. Gələcək aktyor Heston, aktyor sənəti ilə hələ müharibəyə qədər maraqlanmağa başlamış və "Per Günt" həvəskar tamaşasında baş rolu oynamışdı[6]. İkinci Dünya müharibəsi vaxtı Aluet adasında pilot olmuşdur. O, həm də Nyu-Yorkda fotomodel işləmiş və manekençi işləyən gələcək həyat yoldaşı ilə də orada tanış olur. 1948-ci ildə "Antoni və Kleopatra" Brodvey tamaşasında öz debütünü edir.

Çarlton Heston 1950-ci ildə "Qaranlıq şəhər" nuar janrında çəkilmiş triller filmində qisasçı rolunu ifa etmişdi. Bert Lankaster "Dünyanın ən böyük şousu" filmindən sonra (1952) Hestonu Hollivudun irəlidə olan aktyorları sırasına çəkib gətirir. O, özünə tamam səciyyəvi bir tipaj seçmişdi. Ateist olan Lankaster Bibliya personajlarını oynamaqdan imtina edirdi və bu rolları Hestona verirdilər. O, dünya tarixinin ən əfsanəvi və təsirli anlarını göstərən filmlərdə çəkilmişdir. Heston 1956-cı ildə "On qadağa" filmində Musa peyğəmbəri, 1959-cu ildə isə ona "Oskar" bəxş etmiş "Ben-Hur" filmində Ben Huru ifa etmişdir[7]. 1968-ci ildə Heston gözlənilmədən "Meymunlar planeti" fantastika filmində baş rolu oynamalı olur. Bu rolun sayəsində o, yeni tamaşaçı kütləsinə tanındı.

Çarlton Heston yeddi dəfə ABŞ Kinoaktyorlar Gildiyasının prezidenti seçilmiş və uzun müddət Amerika Kino İnstitutunun sədri vəzifəsində işləmişdir.

1998-ci ildə prostat vəzinin xərçəngindən müalicə alan Heston 2002-ci ildən – özündə olan Alsheymer xəstəliyinin əlamətlərini hiss edib bunu geniş kütləyə elan edəndən sonra ictimaiyyət arasına çıxmırdı.

Çarlton Heston 5 aprel 2008-ci ildə vəfat etmişdir.

Filmoqrafiya

redaktə
  1. Ben-Hur (film, 1959) / Ben-Hur
  2. Qisas mələyi (film, 1995) / The Avenging Angel

İstinadlar

redaktə
  1. ↑ 1 2 Charlton Heston // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 Charlton Heston // Internet Broadway Database (ing.). 2000.
  3. ↑ 1 2 http://www.latimes.com/la-me-heston6apr06,0,3675317.story.
  4. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #119351587 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. ↑ IMDB.com Arxivləşdirilib 2010-08-18 at the Wayback Machine, IMDB Film Biography
  7. ↑ Charlton Heston, Epic Film Star and Voice of N. R. A., Dies at 84 — A Biblical Specialty

Xarici keçidlər

redaktə
  • Çarlton Heston — IMDb səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çarlton_Heston&oldid=7215889"
LOVE.AZ