. Love.az

Carlz Addams - Wikipedia - Love.az

Ana Səhifə - Carlz Addams

Çarlz Semuel Addams (ing. Charles Samuel Addams; 7 yanvar 1912[1][2][…], Vestfild[d], Nyu-Cersi – 29 sentyabr 1988[2][3][…], Klares hospitalı[d], Nyu-York ştatı) — amerikalı karikaturaçı rəssam. O, yaratdığı qorxunc personajlarla tanınma qazanıb.[5] Onun ən məşhur əsərlərindən biri Addams ailəsidir.

Çarlz Addams
ing. Charles Samuel Addams
Doğum tarixi 7 yanvar 1912(1912-01-07)[1][2][…]
Doğum yeri
  • Vestfild[d], Nyu-Cersi
Vəfat tarixi 29 sentyabr 1988(1988-09-29)[2][3][…] (76 yaşında)
Vəfat yeri
  • Klares hospitalı[d], Hells Kitçen[d], Manhetten, Nyu-York, Nyu-York ştatı, ABŞ
Vəfat səbəbi ürək tutması
Təhsili
  • Pensilvaniya Universiteti (1930–1931)
Fəaliyyəti illüstrasiyaçı[d], rəssam, yazıçı, boyakar[d], ssenarist, komiks rəssamı
Fəaliyyət illəri 1930–1988
charlesaddams.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Çarlz Addams Nyu-Cersi ştatının Vestfild şəhərində anadan olub. Onun valideynləri Qreys M. (qızlıq soyadı: Spear; 1879–1943) və Çarlz Huey Addams idi. Atası fortepiano şirkətində işləyirdi və memar olmaq istəyirdi. Uşaqlıq dostları onu dəcəl uşaq kimi xatırlayırdı. O, soyadlarının fərqli yazılışına baxmayaraq ABŞ prezidentləri Con Adams və Con Kuinsi Adamsla uzaq qohum idi. Həmçinin o, sosial islahatlarda gördüyü işlərlə məşhur olan Ceyn Addamsın əmisi oğlu idi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 Charles Addams // Encyclopædia Britannica (ing.).
  3. ↑ 1 2 Charles Addams // RKDartists (nid.).
  4. ↑ RKDartists (nid.).
  5. ↑ "Macabre Cartoonist Charles Addams Dies". Los Angeles Times. September 30, 1988. 2015-09-14 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çarlz_Addams&oldid=7593006"
LOVE.AZ