. Love.az

Carlz Ostin Bird - Wikipedia - Love.az

Ana Səhifə - Carlz Ostin Bird

Çarlz Ostin Bird (27.11.1874, İndiana ştatı, Naytstaun – 1.9.1948, Konnektikut ştatı, Nyu-Heyven) — Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi.[2]

Çarlz Ostin Bird
ing. Charles A. Beard
Çarlz Ostin Bird
Çarlz Ostin Bird
Doğum tarixi 27 noyabr 1874
Doğum yeri İndiana ştatı, Naytstaun
Vəfat tarixi 1 sentyabr 1948 (73 yaşında)
Vəfat yeri Konnektikut ştatı, Nyu-Heyven
Dəfn yeri
  • Fernkliff qəbiristanlığı[d][1]
Təhsili
  • Kolumbiya Universiteti
Fəaliyyəti Tarixçi, Yeni Məktəbin həmtəsisçisi
Üzvlüyü
  • Amerika İncəsənət və Ədəbiyyat Akademiyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Fəaliyyəti

redaktə

Oksford, Kornell və Kolumbiya universitetlərində təhsil almışdır. 1904–17-ci illər də Kolumbiya Universitetində dərs demişdir (1915–17-ci illərdə professoru). Nyu-Yorkdakı kom munal xidmətlər üzrə ixtisas məktəbinin direktoru olmuşdur (1917–22). 1926-cı ildə Amerika Siyasi Elmlər Assosiasiyasının, 1933-cü ildə Amerika Tarix Assosiasiyasının prezidenti olmuşdur. Bird ABŞ tarixinin ən mühüm problemlərinin iqtisadi təhlilini etmiş, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsini (1861–65) "ikinci Amerika inqilabı" kimi şərh edən ilk Amerika tarixçisi olmuşdur. F.D. Ruzveltin "Yeni kurs"unu müsbət qiymətləndirərək, izolyasionizm mövqeyindən onun xarici siyasətini tənqid etmişdir. Bir neçə əsərini arvadı, tanınmış tarixçi və feminist Meri Birdlə (1876–1958) birlikdə yazmışdır.[2]

Həmçinin bax

redaktə
  • Oksford Universiteti

İstinadlar

redaktə
  1. ↑ Find a Grave (ing.). 1996.
  2. ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 112. ISBN 978-9952-441-03-1.

Xarici keçidlər

redaktə
  • Çarlz Ostin Birdin əsərləri
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çarlz_Ostin_Bird&oldid=6081982"
LOVE.AZ