Çarlz Tomson Ris Vilson[3] (ing. Charles Thomson Rees Wilson; 14 fevral 1869[1][2][…], Qlencorse[d], Şotlandiya – 15 noyabr 1959[1][2][…], Karlops[d], Şotlandiya) — Vilson (bulud) kamerasını ixtira etdiyinə görə Fizika üzrə Nobel mükafatı almış şotlandiyalı fizik və meteoroloq.[4][5][6]
Çarlz Tomson Ris Vilson | |
---|---|
ing. Charles Thomson Rees Wilson | |
![]() Vilson 1927-ci ildə | |
Doğum tarixi | 14 fevral 1869(1869-02-14)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 noyabr 1959(1959-11-15)[1][2][…] (90 yaşında) |
Vəfat yeri |
|
Elm sahəsi | fizika |
İş yerləri | |
Təhsili | |
Elmi rəhbəri | Cozef Con Tomson |
Tanınmış yetirmələri |
Sesil Frank Pauell Filip Di |
Tanınır |
Bulud (Vilson) kamerası Atmosfer elektriki |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() ![]() |
![]() |
O, 1900-cü ildən London Kral Cəmiyyətinin, 1902-ci ildən Edinburq Kral Cəmiyyətinin üzvü olmuşdur.
Vilson Midlotian, Qlenkors kilsəsində Annie Klark Harper və Con Vilsonun ailəsində, fermer ailəsində anadan olub. Vilson 1873-cü ildə atası vəfat etdikdən sonra ailəsi ilə birlikdə Mançesterə köçür. Ögey qardaşının maddi dəstəyi ilə həkim olmaq niyyəti ilə indi Mançester Universitetinin tərkibindəki Ouens Kollecində biologiya üzrə təhsil alır. 1887-ci ildə kolleci bakalavr dərəcəsi ilə bitirir. Kembricdəki Sidni-Sasseks Kollecində oxumaq üçün təqaüd qazanan Vilson burada fizika və kimya ilə daha çox maraqlanır. 1892-ci ildə Təbiət Elmləri Triposunun (Təbii Elmlər Triposu (NST) Kembric Universitetində əksər elmlərin tədris olunduğu çərçivədir) hər iki hissəsini 1-ci dərəcəli fərqlənmə diplomu ilə başa vurur.[7][8]
Meteorologiya ilə xüsusi olaraq maraqlanan Vilson 1893-cü ildə buludları və onların xüsusiyyətlərini öyrənməyə başladı. 1894-cü ildən başlayaraq o, bir müddət Ben Nevisdəki rəsədxanada işləmiş,[9] burada buludların əmələ gəlməsini müşahidə etmişdir.[10] Daha sonra o, Kembricdəki Kavendiş laboratoriyasında bu effekti daha kiçik miqyasda möhürlənmiş konteynerdə rütubətli havanı genişləndirməyə çalışdı. O, radioaktivlik nəticəsində yaranan ionların üzərinə kondensasiya yolu ilə öz kamerasında bulud izləri yaratmağı sınaqdan keçirdi. Onun bulud kameralarından bir neçəsi qalıb.[11]
Vilson 1900-cü ildə Sidni Sasseks Kollecinin üzvü, Universitet müəllimi və nümayişçisi oldu.[5] Bəziləri onu açıq-aşkar kəkələdiyinə görə zəif mühazirəçi kimi qiymətləndirirdilər.[12]
Bulud (Vilson) kamerasının ixtirası, 1927-ci ildə ona Fizika üzrə Nobel mükafatını qazandırdı.[8] Kavendiş laboratoriyası onun "ionlaşmış qazların xassələrinin tədqiqinin yeni və təəccüblü metodu"nun yaradılması istiqamətindəki fəaliyyətinə görə yüksək qiymətləndirdi.[13] Bulud kamerası atomaltı hissəciklərin öyrənilməsində və ümumiyyətlə hissəciklər fizikası sahəsində böyük eksperimental sıçrayışlara imkan verdi. Bəziləri hissəciklərin tədqiqini müəyyənləşdirməkdə demık olar ki, Vilsona borcludurlar.
Ben Nevisdəki rəsədxana Vilson haqqında xatirə lövhəsi, Vilson bulud kamerası, meteorologiya və fizika üzrə, rentgen şüaları,[14] ionlaşma,[15] ildırım buludunun əmələ gəlməsi[16] və digər meteoroloji hadisələr kimi mövzularda çoxsaylı məqalələr nəşr etdirdi. Vilson, rəsmi kəşfindən 65 il əvvəl, 1924-cü ildə sprayt da müşahidə etmiş ola bilər.[17] Ben Nevisdəki ilk müşahidələrindən tutmuş ildırım buludları ilə bağlı son məqaləsinə qədər karyerası boyunca "Hava" onun işinin diqqət mərkəzində olub.[18][16]
Retrospektiv olaraq, Vilsonun eksperimental metodu alimlərin diqqətini çəkmişdir.
“Analitik” və “morfoloji” alimlər arasında bölünmə ilə xarakterizə olunan elmi araşdırma dövründə Vilsonun sorğu metodu hibrid idi. Bəzi elm adamları hadisələrin təmiz təbiətdə müşahidə edilməli olduğuna inansalar da, digərləri tədqiqat üçün əsas üsul kimi laboratoriya nəzarəti altında olan təcrübələri təklif etdilər. Vilson öz təcrübələrində və araşdırmalarında kombinasiya metodlarından istifadə edirdi.[19] Vilsonun işi "xassələri yalnız əvvəllər dolayı yolla çıxarılan şeyləri görünən etdi".[10]
O, "fizikadakı böyük fərdi eksperimentatorların demək olar ki, sonuncusu" adlandırılırdı.[12] O, ionlaşma və rentgen şüaları kimi şeylərin iş prinsiplərini nümayiş etdirmək üçün bulud kamerasından müxtəlif yollarla istifadə edirdi.[14][15] Lakin onun əsas marağı və yazılarının əsas mövzusu meteorologiya idi.[19]
Vilson 1900-cü ildə London Kral Cəmiyyətinin (FRS) üzvü seçildi.[6]
Çarlz Vilson bulud kamerasının ixtirasına görə 1927-ci ildə Fizika üzrə Nobel mükafatını qazanır.[10][8] O, bu mükafatı radiasiyanın hissəcik təbiəti üzərində işinə görə mükafatlandırılan amerikalı fizik Artur Komptonla bölüşür.[18] Vilsonun hissəciklər fizikasına verdiyi böyük töhfələrə baxmayaraq, o, bütün karyerası boyunca atmosfer fizikası, xüsusən də atmosfer elektriki ilə maraqlanmışdı.[20][21] Məsələn, səksən yaşının sonlarında (o zaman o, London Kral Cəmiyyətinin jurnallarında məqalə dərc etdirən ən yaşlı üzvü idi) 1956-cı ildə nəşr olunmuş son tədqiqat məqaləsi atmosfer elektrik cərəyanı ilə bağlı idi.[16]
Aydakı Vilson krateri onun, Aleksandr Vilson və Ralf Elmer Vilsonun adını daşıyır.[22] Nüvə partlayışları kimi böyük partlayışlardan sonra meydana gələn Vilson Kondensasiya Buludları onun adını daşıyır.[23] Kembricdəki Sidni Sasseks Kollecinin elmi cəmiyyəti olan Vilson Cəmiyyəti, Vilson Atmosfer Elektrik İnstitutu, Kral Meteorologiya Cəmiyyətinin Atmosfer Elektrik Xüsusi Maraq Qrupu onun şərəfinə adlandırılmışdır.[24]
Ç.T.R.Vilson-un arxivləri Qlazqo Universiteti arxivində saxlanılır.[25]
2012-ci ildə Edinburq Kral Cəmiyyəti "Böyük Şotlandiya Fiziki" Vilsonun şərəfinə toplantı keçirdi.[21]
1908-ci ildə Vilson Qlazqolu nazirin qızı Cessi Freyzerlə evlənir. Cütlüyün dörd övladı dünyaya gəlir. Ailəsini çox sevən, evinin yaxınlığındakı ərazilərdə gəzməyi sevən Vilson 15 noyabr 1959-cu ildə Karlopsdakı evində ailəsinin əhatəsində vəfat edir.[7]