. Love.az

Carxqollu Surguqollu Mexanizm - Wikipedia - Love.az

Ana Səhifə - Carxqollu Surguqollu Mexanizm

Çarxqollu-sürgüqollu mexanizmi porşenin irəli-geri hərəkətini fırlanma hərəkətinə (məsələn: daxili yanma mühərriklərində) və əksinə çevirməyə xidmət edir. Çarxqollu-sürüngəc mexanizmini hissələri iki qrupa bölünür, bunlar hərkətli və hərkətsizdirlər:

  • hərəkətli olanlar: porşen, sırğalarla birlikdə, porşen barmağı, sürgü qolu, dirsəkli val yastıqlarla birlikdə və çarx qolu, nazimçarx.
  • hərəkətsiz olanlar:silindrlər bloku (daxili yanma mühərriklərində baza hissə sayılır), silindrlər başlığı, nazimçarx, mufta, silindrlər blokunun başlığı, bərkidici hissələr, kipləşdiricilər, tutqaclar

İşləmə prinsipi

redaktə

Daxili-yanma mühərriklərində

Qazın təsiri altında porşen aşağıya, dirsəkli vala tərəf hərəkət edir. "Porşen-sürgü qolu" və "sürgü qolu-val" cütlüyünü köməyi ilə porşenin xətti hərkəti dirsəkli valın fırlanma hərkətinə çevrilir.

Hidravlik dönmə mexanizmində (əks sxem)

Dirskli val xaric momentin təsirindən fırlanma hərkəti icra edir. Onun bu hərkəti "val-sürgü qolu-porşen" zənciri vasitəsilə porşenin xətti hərkətinə çevrilir.

İstinad

redaktə
  • Kəngərli, Ayaz Mahmud oğlu. Maşın və mexanizmlər nəzəriyyəsi : dərslik / A. M. Kəngərli ; elmi red. S. X. Kərimov. - Bakı : Müəllim, 2004. - 688 s.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çarxqollu-sürgüqollu_mexanizm&oldid=6523920"
LOVE.AZ