Çatax — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd.[3]
Çatax | |
---|---|
40°43′28″ şm. e. 45°33′33″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6020[2] |
Xəritəni göstər/gizlə
|
Kəndi Yuxarı Quşçu kəndindən çıxmış ailələr iki dağın arasında yerləşən Çatax adlı yerdə salmışlar. Çataq Azərbaycan toponimiyasında "yolayrıcı", "suayrıcı", "dağayrıcı" mənalarında işlənir. Oykonim kəndin yerləşdiyi coğrafi mövqeyi təyin edir.[4]
Çatax kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
5202 | Məscid[5] | Qeyd olunmayıb | Çatax kəndi | Memarlıq | Yerli |
Kənd Əsrikçayın sahilində, Şahdağ silsiləsinin (Kicik Qafqaz) ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 297 | 141 | 156 |
2009[7] | ↗310 | ↗147 | ↗163 |
Kənddə Çatax kənd kitabxana filialı, [8] Çatax kənd klubu,[9] Çatax poçt şöbəsi (AZ6020)[10] fəaliyyət göstərir.
Kənddə Xəlil Cəfərov adına Çatax kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Çatax həkim məntəqəsi yerləşir.[13]
Kənddəki Turşsu bulağının müalicəvi suyu sağlamlıq üçün faydalı olan müxtəlif kimyəvi maddələrlə zəngindir.[14]