. Love.az

Cavuszade Mehmed Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Cavuszade Mehmed Pasa

Çavuşzadə Mehmed Paşa (ö. iyun 1681) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası.

Çavuşzadə Mehmed Paşa
Osmanlı kaptan-ı dəryası
21 mart 1653 – 26 noyabr 1653
ƏvvəlkiBığlı Dərviş Paşa
SonrakıQara Murad Paşa
Osmanlı kaptan-ı dəryası
oktyabr 1657 – iyul 1658
ƏvvəlkiTopal Mehmed Paşa
SonrakıDəli Hüseyn Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1622
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi iyun 1681
Vəfat yeri
  • Azov, Rostov vilayəti, SSRİ
Dəfn yeri
  • İstanbul
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Gövhərxan Sultan
Rütbəsi Admiral

Həyatı

redaktə

Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından bəylərbəyi vəzifəsiylə saraydan ayrılmışdır. Çox keçmədən Sultan İbrahimin qızlarından Gövhərxan Sultanla nigahlandı.[1] Nigahın ardından 1647-ci ildə Diyarbəkir bəylərbəyi təyin edilsə də, ertəsi il çıxan Abxaz Həsən Paşa üsyanını dəstəkləmiş, bu səbəblə edamı haqqında fərman çxıarılmışdır. Ancaq sarayla əlaqəsi və Validə Kösəm Sultanın müdaxiləsiylə edamdan xilas oldu. Bağışlanmasının ardından Şəhrizor sancaqbəyi, 1653-cü ilin mayında kaptan-ı dərya oldu. Ancaq həmin ilin dekabrında vəzifədən alınaraq İstanbul boğazının mühafizəsiylə vəzifələndirildi. 1657-ci ilin oktyabrında ikinci dəfə kaptan-ı dərya təyin edilsə də, 1658-ci ilin iyulunda vəzifədən alındı. Ardından 1659-cu ildə Anadolu, 1661-ci ildə Mərəş, 1664-cü ildə Sivas, 1666-cı ildə Dəməşq bəylərbəyliyinə gətirildi. 1667-ci ildə bütün vəzifələrindən azad edildi. 1676-cı ildə ikinci dəfə Anadolu bəylərbəyi və Azov qalasının mühafizəsi ilə vəzifələndirildi. 1681-ci ilin iyununda vəfat etdi.

Mənbə

redaktə
  • Sicill-i Osmani IV, səh. 20.

İstinadlar

redaktə
  1. ↑ Mustafa Çağatay Uluçay, Padişahların kadınları ve kızları (5 bas.), 2011 Ankara: Ötüken. ISBN 9789754378405.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çavuşzadə_Mehmed_Paşa&oldid=7130258"
LOVE.AZ