. Love.az

Cayli Korpusu - Wikipedia - Love.az

Ana Səhifə - Cayli Korpusu

Çaylı körpüsü və ya Haqverdi Ağa körpüsü ― Qazax rayonunun Daş Salahlı kəndinin ərazisində yerləşən, Qara su çayı üzərində salınmış körpü.[1][2]

Çaylı körpüsü
Haqverdi Ağa körpüsü
Ölkə  Azərbaycan
Rayon Qazax rayonu, Daş Salahlı kəndi
Yerləşir Qara su çayı üzərində
Sifarişçi Haqverdi Ağa
Tikilmə tarixi 1876
Aşırımları 1
Material qaya və əhəng daşı
Vəziyyəti qəzalı
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
Rəsmi adı: Haqverdiağa körpüsü
TipiArxeoloji abidə
Təyin edilib2 avqust 2001
İstinad nöm.5850
ƏhəmiyyətiYerli əhəmiyyətli
QoruqAvey Dövlət Tarix-Mədəniyyət Qoruğu

Tarixi

redaktə

Çaylı körpüsü 1876-cı ildə dövrün xeyriyyəçilərindən Haqverdi Ağa tərəfindən inşa olunmuşdur. Bu səbəbdən körpü onun adını daşıyır.[3]

Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Hazırda "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun nəzdindədir.[2] İnventar nömrəsi 5850-dir.[4]

Memarlığı

redaktə

Körpü bir tağlıdır, inşasında Avey dağının qaya və əhəng daşlarından istifadə olunmuşdur.[1][5] Aşırımın ümumi görkəmi yarımçevrə şəklindədir. Körpünün keçid hissəsinin üst örtüyü torpaqdandır.[6]

Abidə hazırda qəzalı vəziyyətdədir.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Bölgəmizin mədəni irsi". “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu.
  2. ↑ 1 2 "Tarixi abidələr". ”Avey” Dövlət Tarix-mədəniyyət Qoruğu. 23 Noyabr 2014.
  3. ↑ 1 2 "Tarixi abidəmiz baxımsızlıqdan məhv olur..." "Azəri-Türk" İnformasiya Agentliyi. 12-07-2021.
  4. ↑ "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI". Azərbaycan Respublikası Nazirlər Kabineti. 2 avqust 2001. İstifadə tarixi: 4 may 2025.
  5. ↑ "Keçmişimizə yol salan körpülər". "Ədalət" qəzeti. 20 İyun 2024.
  6. ↑ "Çaylı kəndində körpü". Qazağa açılan pəncərə.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çaylı_körpüsü&oldid=8151755"
LOVE.AZ