. Love.az

Cebi Xaqan - Wikipedia - Love.az

Ana Səhifə - Cebi Xaqan
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Çebi xaqan (əsl adı Aşina Hubo 阿史那斛勃, taxt adı İçün Çebi xaqan 乙注車鼻可汗) — Göytürk xaqanı.

Çebi xaqan
車鼻可汗
Şərqi Göytürk xaqanlığının VI xanı, Heşun və Xuayxuay şahzadəsi
645 – 650
ƏvvəlkiKilibi xaqan
SonrakıAşina Nişufu
Şəxsi məlumatlar
Vəfat tarixi 650
Vəfat yeri
  • Çanqan
Atası ?
Uşaqları Aşina Şabulo
Aşina Çebi
Aşina Cieman
Dini Tenqriçilik

Mündəricat

  • 1 Hakimiyyəti
  • 2 Ölümü
  • 3 Övladları
  • 4 Mənbə

Hakimiyyəti

redaktə

İllig xaqanın ölümündən sonra Seyanto xanlığına tabe olmuşdu. Lakin Seyanto Çebini öldürməyə cəhd etdikdə öz ordusunu toplayaraq Altay dağlarının şimalına çəkildi və özünü müstəqil xaqan elan etdi.

646-cı ildə Uyğur və Tan sülaləsi orduları Seyanto xanlığını dağıdandan sonra xaqan oğlu Aşina Şabulonu imperatoru qonaqlığa dəvət etmək üçün göndərdi. Lakin elçilər xaqanın yanına gələndə xaqanın belə bir istəyi olmadığını gördülər. Baş komandan Aşina Cieman qardaşı əvəzinə oğlu Aşina Anşuonu göndərdi. İmperatorun elçiləri Qarluqlarla birləşib xaqanı öldürmək istəsələr də xaqan işin üstünü açdı. Elçilər Aşina Çebi tərəfindən öldürüldü.

Ölümü

redaktə

Buna əsəbləşən imperator Qao Kan adlı generalı xaqana qarşı göndərdi. Uyğurlardan kömək alan Çinlilər Türk torpaqlarına girən kimi Aşina Cieman təslim oldu. O paytaxta göndərildi və həyatı bağışlandı. Ölümü ilə bağlı məlumat yoxdur. Onun əsir olunmasından sonra Türk torpaqlarında xaqanlıq sistemi ləğv edildi.

Övladları

redaktə
  1. İşbara Tigin (阿史那沙鉢羅) — 647-ci ildə Çinə səfir getmişdi.
  2. Çebi Tigin (陟苾特勒) — 650-ci ildə öldürülmüşdür.
  3. Cieman Tigin (羯漫陀)
    1. Aşina Anşuo (阿史那菴鑠)

Mənbə

redaktə
  • Biçurin — Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çebi_xaqan&oldid=6904686"
LOVE.AZ