. Love.az

Cekpoynt Carli - Wikipedia - Love.az

Ana Səhifə - Cekpoynt Carli

Çekpoynt Çarli (ing. Checkpoint Charlie, "Çarli" NKM, "C" YKM) — Şəhər Berlin divarı ilə iki hissəyə bölündükdən sonra Berlinin Fridrixştrasse küçəsində yaradılmış sərhəd nəzarət-keçid məntəqəsi. NATO öz NKM-ləri üçün ABŞ Silahlı Qüvvələrində tağımların işarələnməsi üçün istifadə olunan latın əlifbasının hərflərindən istifadə edirdi.

  • "A" NKM (Alfa) — Helmştedt və Mariyeborn arasında — Qərbi Almaniyadan Şərqi Almaniyaya keçid üçün;
  • "B" NKM (Bravo) — Potsdamda — Qərbi Berlindən ADR-ə və ADR-dən Qərbi Berlinə keçid üçün;
  • "C" NKM (Çarli) — Fridrixştrassedə — Qərbi Berlindən Şərqi Berlinə keçid üçün.
"C" NKM, Çekpoynt Çarli, 1988-ci il.
1961-ci ilin oktyabrında Fridrixştrassedəki "C" NKM qarşısında amerikan zirehli texnikası.
Fridrixştrassedə "C" NKM, 2003-cü il.

Sonuncu keçid müttəfiq ölkələrin əsgərlərinin keçidi üçün nəzərdə tutulduğundan 1961-ci ilin oktyabrında Fridrixştrassedəki NKM-də "tank qarşıdruması" məkanı oldu. SSRİ ilə ABŞ arasında ziddiyyətləri simvoluna çevrilmiş Çekpoynt Çarli Berlinin ən məşhur nəzarət-keçid məntəqəsi oldu.[1]

NKM ətrafında ADR-dən Şərqi Berlinə qaçış cəhdləri ilə əlaqədar faciəli hadisələrə baş verib. 17 avqust 1962-ci ildə Qərb müşahidəçilərinin gözü önüdə qan itgisindən Peter Fexter ölürdü. Polis Burkxard Nirinq 1974-cü ildə pasport nəzarəti xidmətinin əməkdaşını girov götürmüşdür və qaçış cəhdi zamanı qətlə yetirilmişdir. 29 avqust 1986-cı ildə üç ADR vətəndaşı sərhəd maneələrindən yük maşını ilə keçmişdilər. Çekpoynt Çarlidən qaçan son şəxs Hans-Peter Şpinser olmuşdur. O, 18 avqust 1989-cu il tarixində qızı ilə bir yerə müttəfiq avtomobilinin yük yerində sərhədi keçmişdir.

Həmçinin bax

redaktə
  • Berlin divarı

İstinadlar

redaktə
  1. ↑ "Fridrixştrassedə (Friedrichstraße) keçmiş NKM — "Çekpoynt Çarli" (Checkpoint Charlie)". 2007-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çekpoynt_Çarli&oldid=6848147"
LOVE.AZ