. Love.az

Ceptsa Cayi - Wikipedia - Love.az

Ana Səhifə - Ceptsa Cayi

Çeptsa — Rusiya Federasiyasının Udmurt Respublikasında, Perm diyarı və Kirov vilayətində çay.[1]

Çeptsa çayı
Ölkə
  •  Rusiya
  •  Rusiya imperiyası
  •  SSRİ
Mənsəbi Nuxrat
Uzunluğu
  • 501 km
Su sərfi 130 m³/s
Hövzəsinin sahəsi 20.400 km²
DSR[rus.] 10010300112111100032349
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

Vyatkanın (Volqa hövzəsi) sol qolu. Uzunluğu 501 km, hövzəsinin sahəsi 20,4 min km2 . Yuxarı Kama yüksəkliyindən başlanır, aşağı axınında Vyatka Uvalını kəsib keçir. Əsasən qar suları ilə qidalanır. Ortaillik su sərfi Qradoboi kəndi yaxınlığında 123 m3/san-dir. Çeptsa hövzəsində ümumi sahəsi 26,6 km2 olan 500-dən çox göl var. Noyabrdan mayadək donmuş olur. Ağac axıdılır. Mənsəbindən 135 km məsafədə gəmiçiliyə yararlıdır. Sahilində Qlazov, Kirovo-Çepetsk şəhərləri var.[1]

Həmçinin bax

redaktə
  • Volqa çay
  • Amur çayı
  • Anqara
  • Arqun
  • Aşağı Tunqus

İstinadlar

redaktə
  1. ↑ 1 2 Çeptsa çayı// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 509. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

redaktə
  • Çeptsa çayı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çeptsa_çayı&oldid=6728681"
LOVE.AZ