Çexiya Elmlər Akademiyası — (çex. Akademie věd České republiky) 1992-ci ildə Çexiya Milli Şurası tərəfindən Praqada yaradılmış Çex Respublikasının milli elmi təşkilatı.[1] Akademiya Çexiyanın aparıcı ictimai tədqiqat müəssisəsidir. Həm fundamental, həm də strateji tətbiqi tədqiqatlar aparır.[2]
Çexiya Elmlər Akademiyası | |
---|---|
Akademie věd České republiky | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1992 |
Sayt |
avcr.cz avcr.cz/en/ |
![]() |
Akademiyanın sələfləri:
2010-cu ildə akademiya tədqiqat nəticələrini oxumaq və təkrar istifadə etmək üçün pulsuz, açıq giriş siyasətini qəbul etdi.
Akademiya institutlarının alimləri, xüsusilə gənc tədqiqatçıları, doktorantura proqramları vasitəsilə universitetlərdə dərs deməklə təhsildə iştirak edirlər.[3]
Akademiyanın rəsmi strukturu hər biri üç bölmədən ibarət olan üç sahədən (cansız təbiət haqqında elmlər, həyat elmləri və humanitar elmlər) ibarətdir. Bu 9 bölmənin hər biri 4-8 institutdan ibarətdir. İnstitutlar ölçüsündən və mövzusundan asılı olaraq daha sonra şöbələrə, laboratoriyalara və ya işçi qruplara bölünür.