Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar.
Çexlər Češi | |
---|---|
![]() | |
Sayları və yaşadığı ərazilər | |
Dili | çex dili |
Dini | ateistlər (59 %), katoliklər (26,8 %), protestantlar (2,1 %)[1] |
![]() |
Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, Avstriyada və Polşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışdırlar.
Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ və *čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır.
Bir etnos kimi çexlər bugünkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar. Çexlərin əcdadı olan slavyan tayfaları VI əsrdən bu ərazilərdə məskən alaraq, qonşu kelt tayfalarıyla qarışmışdılar.
XIII əsrin ikinci yarısı Çexiya ərazilərinə alman mülkədarlarının böyük miqyasda köçməsi ilə səciyyələnir. Müasir zamanda əcdadları alman olan çexlərin ümumi sayı ən azı 100 minə yaxındır[2]. Çexiya torpaqları Habsburq sülaləsinin tərkibində olarkən, hakimiyyət protestantları təqib edirdi. Dini müharibələrdən bezən çex xalqı 1546-1547-ci illər arasında Habsburq sülaləsinə qarşı üsyan qaldırdı, lakin hakimiyyət bu hərəkatı yatırmağı bacardı[3].
XX əsrin əvvəllərində çox sayda çexiyalı vətəndaşlar iş axtarmaq məqsədilə ABŞ-yə mühacirət etmişdilər. Çikaqo şəhəri Praqa və Vyanadan sonra çexlərin yaşadıqları 3-cü böyük şəhər idi[4][5]. Birinci Dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrındaÇexoslovakiya Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki Sudet bölgəsində (alm. Sudetenland) etnik alman qruplarının qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi. İkinci dünya müharibəsinin sonunda Çexiya ərazisində yaşayan bütün sudet almanları deportasiyaya məruz qalmışdı; Banat və Volıniyada yaşayan 10 minlərcə çexlər isə bu ərazilərdən repatriasiya edilmişdi. 1990-cı illərdə Çexiya hakimiyyəti Qazaxıstan və Rumıniyada yaşayan etnik çexlərin repatriasiyasına çalışırdı[6][7].
Çexiya Respublikası 1 may 2004-cü ildə Avropa Birliyinə daxil olmuşdur ki, bu da Çexiya vətəndaşlarına birliyə daxil olan digər ölkələrdə çalışmağa geniş imkanlar yaratdı[8]
XX əsrin birinci yarısına qədər Çexiyada ənənəvi olaraq xristianlıq üstünlük təşkil edirdi (birinci növbədə katolisizm). Müasir zamanda Çexiyada dindarların faizlə sayı əhəmiyyətli dərəcədə azalıb və indi Çexiya dinə ən az inanan ölkələr sırasındadır. 1991—2011-ci illər arasında katoliklərin sayı 40 %-dən 10 %-ə, protestantların isə 3,7 %-dən 0,8 %-ə qədər azalmışdır; Çexiyanın 2011-ci il əhalinin siyahıyaalması, ölkənin 34,2 % əhalisinin ümumilikdə ateist olduğu və daha 45,2 % bu suala cavab verməkdən imtina etdiyi məlum olmuşdu.
Əhalinin konfessionalıq mənsubiyyətinə görə bölünmə (2011)[9][10][11][12] | |||
---|---|---|---|
Din | Say | % | |
Roma katolikləri | 1,083,899 | 10.3 | |
Çex qardaşların Yevangelik kilsəsi | 51,916 | 0.5 | |
Çexoslovak hussit kilsəsi | 39,276 | 0.4 | |
Ateistlər | 3,612,804 | 34.2 | |
Cavab verməkdən imtina etdilər | 4,774,323 | 45.2 | |
Dindar özünü başqa dini inancla müəyyən etdi | 292,347 | 2.7 | |
Dindar özünü hər hansı bir dini inancla müəyyən etmədi | 707,649 | 6.7 |
Çexlərin Y-xromosomun DNT haploqrupuna şərqi və qərbi Avropa xüsusiyyətləri irsən keçmişdir. Genetik olaraq çexlərin 34,2% R1a (Y-DNT) haploqrupuna aid edilir.
2000-ci il araşdırmalarına əsasən müəyyən edilmişdir ki, çex və slovak kişilərin 35,6% german və kelt xalqları arasında yayılmış R1b haploqrupuna mənsubdur[13]. Bu haploqrup hələ E.Ə. 16 500 il bundan əvvəl Mərkəzi Asiyada yaranmışdı[14].
Çex xalqının yaranması haqda bir sıra əfsanələr mövcuddur. Onların içərisində ən məşhuru 3 slavyan qardaşı, müasir Polşanın, Çexiyanın və Rusiyanın əsasını qoyan Lex, Çex və Rus əfsanəsidir[15][16][17]. Versiyalardan birinə görə, 3 qardaş birgə ov etməyə çıxırlar, lakin onların hər biri fərqli istiqamətdə ova getməyə özünə qərar verir. Rus şərqə yönəlir. Çex qərb istiqamətinə çaparaq Bohemiya ətrafındakı Rjip dağına çatır. Lex isə şimala gedir. Az keçmədən Lex öz yuvasını qoruyan ağ rəngli qartalı görür. Məhz gördüyü bu yerdə o gələcək dövlətinin paytaxtını - Hnezno şəhərinin əsasını qoyur. Bəyaz qartalı isə Lex öz dövlətin simvoluna çevirir.
Praqalı Kozmanın XII əsrin əvvəlində yazılmış "Çexiya səlnaməsində", Bohemiyaya "Çex uluatasının" başçılığı altında slavyan tayfalarının gəlişi haqqında məlumatlar vardır.
Nisbətən az sayda adlardan (təxminən 250 ad mövcuddur) fərqli olaraq, çexlərin 10 mindən çox soyadı vardır.
Çex soyadları (sinqulyar və plüralda: příjmení) mənşəcə ingilis və ya rus soyadlarına çox bənzəyir. Onlar, məsələn, bir çox aspektləri əks etdirə bilər:
Çexiya kralları içərisində Müqəddəs Roma İmperiyasının başçısı İmperator IV Karlın adı tarixdə çox məşhurdur. Karl Praqa şəhərini imperiya paytaxtına çevirdi. O Praqada geniş tikinti və inşaat işləri ilə də məşğul olurdu. Onun xatirinə bir sıra tikililərə onun adını vermişdilər. Bunların içərisində: Karl Universitetini, Karl körpüsünün adını qeyd etmək olar. Şəhərin ətrafında yerləşən Karlşteyn qəsri və alman memarı Peter Parlerin yönətimi altında inşa etdirilən Müqəddəs Vit Katedralı onun himayəsi altında tamamlandı.
Digər tanınmışlar sırasında protestantlığın atası, Qusçular hərəkatının başçısı Yan Qusun, pedaqogika elminin banisi Yan Komenskinin və Husitlərin sərkərdəsi, Çex xalqının milli qəhrəmanı Yan Jijka kimi tarixi şəxsiyyətlərin adlarını qeyd etmək olar.
Müasir siyasətçilər sırasında çex yazıçısı, dramaturq,dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi, Çexoslovakiyanın doqquz[18] və sonuncu (1989-1992), Çexiyanın birinci prezidenti Vatslav Havelin adını qeyd etmək olar. Çexiyanın hazırkı (3-cü) Prezidenti Miloş Zemandır.[19]
Birinci Dünya müharibəsindən sonra çex diasporunun sayı artır, bu artım Avropaya, ABŞ-yə mühacirət edən çexlərin hesabına olur. Xaricdə yaşayan çexlərin ən böyük diasporu Amerika Birləşmiş Ştatlarındadır. İlk çex diasporu XIII əsrdə Ukraynanın Volın vilayətində və 1600-cü illərdə Lvov şəhəri ətrafında formalaşmışdı. Volın bölgəsinə çexlərin ikinci miqrasiya dalğası 1868-1880-ci illərdə baş vermişdi və bunun səbəbi də Ukraynada baş verən sənaye inqilabı idi. O zaman Volın bölgəsinə 16 min çex mühacirət etmişdi. İkinci dünya müharibəsindən sonra çexlərin bir çoxu doğma vətənlərinə qayıtmışdılar. Bölgədə yaşayan çexlərin qalanları isə Çernobıl qəzasından sonra Çexiyaya repotriasiyaya razı oldular.
Lanqobardların 568-ci ildə Mərkəzi Avropanı tərk edərək Şimali İtaliya ərazisinə köçməsi nəticəsində, praqa-korçak qruplu slavyan tayfaları Laba çayının yuxarı vadisinə köçərək, müasir Bohemiya ərazisində məskunlaşırlar. Məhz onlar erkən Orta əsrlər çex tayfalarının əsasını qoyurlar.
Çexlərin aşağıdakı tayfaları məlum idi[20]:
Çex tayfalarından cənub-şərqdə Moravlar məskunlaşmışdı (Moravané). Şimal-şərq ərazilərində isə Sileziyanın slavyan tayfaları yaşayırdı. Bunlar: slenzanlar (Slezané), dedoşanlar (Dědošané), bobryanlar (Bobřané) və trebovyanlar (Třebované) idi.
Kroye (çex. Kroje) (tək halda: kroy) - Çexlərin və Slovakların milli geyiminin ümumi adı. Milli geyimdə (xüsusən də başa bağlanan yaylıqlarda) qotik üslubun güclü təsiri hiss olunur. Geyimin nəfis büküşləri və krujeva yaxalıqları intibah dövrünü simvolizə edir. Barokko üslubunda yubkalardan başlayaraq, incə slavyan motivləriylə tikilmiş naxışlara kimi - bütün bu milli qeyimin nümunələri çex və slovak ənənələrinin necə zəngin olduğunu göstərir.
Çex mətbəxi Çexiyanın tarixi və ənənələrilə çox sıx bağlıdır. Xörəklər köhnə slavyan reseptlərə uyğun bişirilir və tez-tez Almaniya kimi qonşu ölkələrin təsiri nəticəsində bir qədər dəyişdirilir. Uzun müddət ərzində Çexiya Avstriya və Macarıstan hökmranlığı altında olub ki, bu da ölkənin mətbəxinə əhəmiyyətli dərəcədə təsir göstərib. Çexiyanın mətbəxində həmçinin Slovakiya, Bavariya və ya Sileziya kimi qonşu ölkə və bölgələrin də təsirini duymaq asandır.
Çexiya mətbəxinin ən xarakterik xörəkləri içərisində: bişmiş donuz budu (çex. Рečené vepřové koleno), knedliklər, fərqli şorbalar (çex. Polevky) və utopenetsləri (çex. utopenci) (turşuya qoyuluş sosislər və ya şpikaçkalar) qeyd etmək olar[21]. Qarnirlər olduqca müxtəlifdir - kartof (bişirilmiş, qızardılmış, fri), pörtlənmiş kələm. Çexlər qırmızı kələmlə qızardılmış qaz ətini əsl delikates sayırlar. Pivə üçün sevimli qəlyanaltılar - Hermelin, Olomouts pendirləri və xüsusilə qızardılmış pendirdir (çex. Smažený sýr).
İdman növləri arasında Çexiyada ən çox tennis, futbol, buzüstü hokkey, və yüngül atletika məşhurdur:
Çexlərin musiqi folkloru, rəqs havaları (skoçna, sousedka, furiant və s.) ilə zəngindir. Xalq mahnıları birsəsli olub rəqslərlə sıx bağlıdır.
Çex klassik musiqisinin banisi Bedrjix Smetana milli musiqi mədəniyyəti və dünya musiqi sənəti nailiyyətlərini üzvi surətdə əlaqələndirmiş, milli realist sənətin inkişafına təsir göstərmişdir. Çex musiqisinin dünya şöhrəti qazanmasında Antonin Dorjakın yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. XIX əsrin sonu - XX əsrin əvvəllərində görkəmli bəstəkarlardan L.Yanaçek, Y.Förster, V.Novak, Y.Suk və b. fəaliyyət göstərmişlər.
Çex yazılı ədəbiyyatının ilk nümunələri (dini nəğmələr, jitiyelər, əfsanələr və s.) IX əsrdə qədim slavyan dilində yaranmışdır. XI əsrin sonlarında kilsənin təzyiqi ilə latın dili hakim oldu. XIII əsrin sonu - XIV əsrdə çex dilində dünyəvi ədəbiyyat inkişafa başladı, satirik-didaktik və cəngavər ədəbiyyat yayıldı (S.Flyaşkanın "Yeni dünya" əsəri). Hus müharibələri (1419-1434) Çexlərin ədəbiyyatına vətənpərvərlik ideyaları gətirdi (Y.Hus, Y.Jelivski, P.Helçitski). Katolik kilsənin təqibi XVI-XVII əsrlərdə Çex ədəbiyyatının inkişafını ləngitdi. Humanist pedaqoq Yan Komenski mühacirətdə yaşayıb-yaratmağa məcbur oldu.
Buna baxmayaraq, Çexlərin ədəbiyyatı sürətlə inkişaf edərək, dünya şöhrəti qazanır. Şair Yaroslav Seyfert ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Yaroslav Haşek, Karel Çapek kimi yazıçıların əsərləri bestseller olmuşdu.
İncəsənət nümayəndələri içərisində həmçinin kinorejissor Miloş Forman; və fotoqraf Yan Saudekin də adını qeyd etmək olar.
Çexiya öz gözəl qadınları və kişiləri ilə seçilir[27]. Çexiyanın bir çox modelləri dünya şöhrəti qazanmışdı. Onların içərisində:
Çexiya 3 tarixi bölgəni - Bohemiya, Moraviya və Çex Sileziyasını özündə birləşdirir[28]; bu gün ölkə 14 rayona bölünür[29]. Bu torpaqların hər birində bir-birindən fərqlənən mədəniyyət mövcutdur[30]. Əhalinin rəsmi dili çex dilidir, bundan başqa çex dilinin müəyyən yerli dialektləri də var[31].
Çex dilinin dialektləri (çex. Nářečí češtiny) — əsasən kəndlərdə yaşayan çexlər arasında mövcuddur. Əsasən 4 dialekt qrupu mövcuddur: Çex dialekti, Mərkəzi Moraviya və ya sadəcə Hanats,Şimali Morav (Sileziya və ya Lyaş) və Şərqi Morav (bu dialekt qardaş slovaların şivələrinə çox bənzəyir)</ref>.
Həmçinin Çexlərin fərqli areallarda yaşaması səbəbindən, 4 əsas dialekt qrupu özü də bir neçə daha kiçik hissəyə bölünür[33][34]:
Çex mədəniyyəti bir çox müqəddəsi özündə birləşdirir,[35] ilk növbədə Çexlərin himayədarı sayılan Müqəddəs Vatslavın,[36] Nepomuklu Yanın,[37] Müqəddəs Adalbertin (və ya Voytexin),[38] Müqəddəs Prokopinin və ya Çexiyalı Agnesin (Anežka Česká) adlarını qeyd etmək olar.[39]
Vikianbarda Çexlər ilə əlaqəli mediafayllar var. |