Çiçəklənən Ermənistan[1] və ya Dirçələn Ermənistan[2] (erm. Բարգավաճ Հայաստան կուսակցություն, translit. Barqavatç Hayastan kusaktsutyun; abr. ԲՀԿ BHK) — Ermənistanda mühafizəkar siyasi partiya.[3] 30 aprel 2004-cü ildə biznesmen Qagik Tsarukyan tərəfindən təsis edilmişdir. Həmin tarixdə partiyanın təsis qurultayı keçirilmişdir.[4]
Çiçəklənən Ermənistan Բարգավաճ Հայաստան Կուսակցություն | |
---|---|
![]() Partiyanın rəsmi loqosu | |
Lideri | Qagik Tsarukyan |
Quruluş tarixi | 30 aprel 2004 (2004-04-30) |
Baş qərargah | İrəvan, Ermənistan |
İdeologiya |
|
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
|
Şüar | Təhlükəsiz, güclü vətən |
Parlamentdə |
0 / 107 |
Saytı | bhk.am |
![]() |
Partiya ideoloji olaraq siyasi spektrdə sağ mərkəz mövqe tutur.[5] "Çiçəklənən Ermənistan" iqtisadi liberalizmi,[6] Rusiya ilə daha sıx əlaqələri[7][8] müdafiə edir. Partiya Avropa İttifaqı mövzusunda avroskeptik,[9][10] sosial mövzularda isə tradisionalistdir.[6] Partiyanın yaradılmasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rolu olmuşdur[11] (bəziləri Köçəryanın özünün təsisçi olduğunu iddia edir).[12] Köçəryanın partiyadakı təsiri və rolu müzakirə mövzusudur. 2012-ci ildə əksər analitiklər Köçəryanın partiyada yaxından iştirak etdiyinə inanırdılar.[13] Bəziləri Köçəryanın partiyanın gizli lideri olduğuna inanır,[14] digərləri isə onun "Çiçəklənən Ermənistan" üzərində heç bir təsirinin olmadığını düşünür.[15]
...the pro-Russian party Prosperous Armenia.
Prosperous Armenia Party, an avowedly pro-Russian stance.
...Prosperous Armenia was a kind of political insurance policy by Kocharian...
«Prosperous Armenia party was established as a political project of Robert Kocharyan, the second Armenian president, to divide the power resource and ensure the presence of the second president on the country's political arena,» Ashotyan said.
Vikianbarda Çiçəklənən Ermənistan ilə əlaqəli mediafayllar var. |