. Love.az

Cicereveng Monastiri - Wikipedia - Love.az

Ana Səhifə - Cicereveng Monastiri

Bayan monastırı — Daşkəsən rayonunun Bayan kəndində yerləşən qədim alban monastırı.

Bayan monastırı
Xəritə
40°32′40″ şm. e. 46°09′21″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Daşkəsən
Yerləşir Bayan
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi IV-V əsrlər
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4185
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Bayan monastırı (Azərbaycan)
Nöqtə
Bayan monastırı
Monastırın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Mənbə
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Tarixi

redaktə

Bayan monastırının IV–V əsrlərdə tikildiyi güman edilir. Məbəd hazırda qəza vəziyyətindədir və uçmaq təhlükəsi ilə üz-üzədir.

Ərazi baxımından rayonda olan digər monastırlardan böyüklüyü ilə seçilən tikilinin əsas binasından başqa həyətdə çoxlu sayda otaqlar, sədd divarları, təsərrüfat damları və çay daşlarından tikilmiş xeyli sayda quyular var. Mərkəzdə böyük bir meydan yerləşir. Bu isə vaxtilə burada dini ayinlərin keçirildiyini deməyə əsas verir.

Monastırın özü ağ və qırmızı rəngli qaya daşlarından inşa olunub. Sütunların inşasında istifadə olunan daşların üzərinə döyülən xaç işarələri bu günədək qalmaqdadır. Daşların üzərində alban əlifbası ilə yazılmış kiçik kitabələr də var.

Məbədin inşası zamanı səs akustikasını yaratmaq üçün divarlarına içi boş küplər yerləşdirilib. Bunun qızıl küpləri olacağını güman edənlər tarixi əhəmiyyətli abidənin divarlarını uçurmaqdan və ətrafını qazmaqdan belə çəkinməyiblər.

Mənbə

redaktə
  • Alban monastrı qəza vəziyyətindədir Arxivləşdirilib 2009-08-31 at the Wayback Machine
  • Daşkəsəndə Alban məbədi uçmaq təhlükəsi ilə üzləşib

Xarici keçidlər

redaktə
  • Daşkəsəndə alban məbədlərinin tədqiqi davam edir [ölü keçid]

Həmçinin bax

redaktə
  • Bayan kilsəsi
  • Çiçərvəng bazilikası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Bayan_monastırı&oldid=7550658"
LOVE.AZ