. Love.az

Cistiyye - Wikipedia - Love.az

Ana Səhifə - Cistiyye

İslam

İslam tarixi

İmanın şərtləri

Tövhid • Mələklər
Kitablar • Peyğəmbərlər
Məad • Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət • Namaz
Oruc • Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər • Matüridilər • Qədərilər (Mötəzililər) • Cəbrilər • Mürcilər • Cəhmiyyə • Müşəbbihilər • Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər • Malikilər • Şafiilər • Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər • Auzailər • Leysilər • Səvrilər • Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər • Üsulilər • Şeyxilər) • Ələvilər • Ənsarilər • Qızılbaşlar) • Zeydilər •
İsmaililər (Qərmətilər • Xaşxaşilər • Fəthilər • Xəttabilər) • Vaqifiyyə • Rafizilər (Batinilər) • Qeysanilər • Xürrəmilər • Baziğiyyə • Qurabiyyə
Xaricilər:
Mühakkimə • Əcrədilər (Meymunilər • Səələbilər) • Əzraqilər • Bəyhəsilər • İbadilər • Nəcdatilər • Süfrilər

Həmçinin bax

Sufilər • Yəsəvilik • Nəqşibəndilik • Sührəvərdilik • Xəlvətilik • Səfəvilik • Bayramilik • Bəktaşilik • Cəlvətilik • Cərrahilik • Çiştiyyə • Ehqaqiyə • Gülşənilik • Hürufilik • Kübravilik • Məlamətilik • Mövləvilik • Nemətullahiyyə • Nöqtəvilik • Qələndərilik • Qadiriyyə • Rahmaniyyə • Rifailik • Rövşənilər • Sənusilər • Şaziliyyə • Zahidiyyə • Nüseyrilər • Druzlar • İslam fəlsəfəsi

Çiştiyyə-sufi yönümlü islam təriqəti

Mündəricat

  • 1 Yaranması
  • 2 Mənbə
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Yaranması

redaktə

Muinüddin Həsən Çişti (v.633/1236) tərəfindən qurulmuşdur. Muinüddin Çişti, Sicistanda anadan olmuşdur. Muinüddin, Buxara və Səmərqənd mədrəsələrində təhsil aldıqdan sonra Bəlx, Bağdad kimi şəhərlərə səyahət etdi. O şəhərlərdə dövrüntanınmış şeyxləri Əbdülqadir Gilani, Əbün-Nəcib əs-Sührəverdi və Nəcməddin Kübra ilə görüşmüşdür. Bir müddət "Kəşful-məhcub"un müəllifi Xucvirinin türbəsində inziva həyatı yaşamışdır. Əbu İshaq Şamiyə intisab etdikdən sonra onun yaşadığı Çişt kəndində məskunlaşdı. Uzun illər Çişt kəndində yaşadıqdan sonra Əcmərdə vəfat etdi (v.633/1236).

Çiştiyyə Hindistan bölgəsinin ilk və ən məşhur təriqətidir. Hindistan və Pakistan bölgəsinin İslamlaşmasında olduğu kimi, orda yaşayan müsəlmanların mənəvi həyatında mühüm bir yeri vardır. Çiştiyyə təriqəti, cəhri və xafi zikr, muraqəbə, çilə və səma kimi xüsusiyyətləri özündə cəmləşdirir. Çiştiyyənin yazılı qaynaqları söhbətlər, məktubat, təsəvvüfi əsərlər, mənaqibnamələrdən meydana gəlir.

Çiştilər, xüsusi mal və mülkün insanın Allah'dan uzaqlaşmağına səbəbiyyət meydana gətirəcəyini düşünərək, insana cazibədar gələ biləcək maddi şeylərə rəğbət etməzlərdi. Bu baxımdan irşadda üç şeyə diqqət edərlər: "Dəniz kimi comərd, Günəş kimi şirin, torpaq kimi alçaq könüllü olmaq." Çişti təkyələri qonaqpərvərlikdə və gəlib-gedənə xidmət etməkdə çox məşhur idilər.

Çiştiyyə Anadolu, Afrika və Avropa ölkələrinə yayılmadığı halda, Malayziya və İndoneziya'ya qədər yayılmışdır.

Mənbə

redaktə

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çiştiyyə&oldid=7493363"
LOVE.AZ