. Love.az

Cikuhey Nakacima - Wikipedia - Love.az

Ana Səhifə - Cikuhey Nakacima

Çikuhey Nakacima (中島 知久平, Nakacima Çikuhey?, 1 yanvar 1884[1], Nitta[d], Qunma prefekturası – 29 oktyabr 1949 və ya 10 oktyabr 1949[2], Mitaka) – Yaponiya mühəndisi və siyasətçisi. Yaponiyada aviasiya sənayesinin qabaqcılı olmuşdur.[3]

Çikuhey Nakacima
yap. 中島知久平
Doğum tarixi 1 yanvar 1884(1884-01-01)[1]
Doğum yeri
  • Nitta[d], Qunma prefekturası, Yaponiya
Vəfat tarixi 29 oktyabr 1949(1949-10-29) (65 yaşında) və ya 10 oktyabr 1949(1949-10-10)[2] (65 yaşında)
Vəfat yeri
  • Mitaka
Vəfat səbəbi insult
Dəfn yeri
  • Tama qəbiristanlığı[d]
Fəaliyyəti mühəndis, iş adamı, siyasətçi
Mükafatları 2-ci dərəcəli "Müqəddəs xəzinə" ordeni (Yaponiya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Çikuhey Nakacima 1884-cü ildə Yaponiyanın Qunma prefekturasında doğulmuş, Donanma Mühəndislik Məktəbindən məzun olmuş, Avropa və ABŞ-də təhsil almışdır.[4] O, donanmada xidmət edərkən təyyarələrin donanma üçün potensialını dərk etmiş və 1917-ci ildə donanmanı tərk edərək Təyyarə Tədqiqat İnstitutunu yaratmışdır.[3] Bu institut daha sonra "Nakajima Aircraft" şirkətinə çevrilərək Nakajima Model 5 kimi bir çox hərbi təyyarə və mühərrik istehsal etmişdir.[3]

Nakacima 1930-cu ildə Yaponiya parlamentinin Nümayəndələr Palatasına seçilmiş və 1939-cu ildə Riken Seyyukay partiyasının liderlərindən biri olmuşdur.[3] 1937–39-cu illərdə dəmiryolu naziri, 1945-ci ildə ticarət və sənaye naziri olmuşdur.[3] İkinci dünya müharibəsindən sonra – 1950-ci ildə "Nakajima Aircraft" şirkəti 12 müstəqil şirkətə bölünmüşdür.[3] Bu şirkətlərdən beşi birləşərək "Subaru" avtomobil şirkətinin əsasını qoymuşdur.[3]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Chikuhei Nakajima // Find a Grave (ing.). 1996.
  2. ↑ 1 2 Find a Grave (ing.). 1996.
  3. ↑ 1 2 3 4 5 6 7 Kodansha Encyclopedia of Japan
  4. ↑ The Japan Biographical Encyclopedia & Who's Who

Ədəbiyyat

redaktə
  • The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II). Tokio: Rengo Press. 1961. səh. 985. İstifadə tarixi: 1 dekabr 2022.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 313. ISBN 0-87011-625-8. İstifadə tarixi: 1 dekabr 2022.

Xarici keçidlər

redaktə
  • Çikuhey Nakacima  (ing.) Find a Grave saytında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çikuhey_Nakacima&oldid=7265043"
LOVE.AZ