Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı – 23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974).
Çimnaz Babayeva | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (73 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | balerina, pedaqoq |
Fəaliyyət illəri | 1964-cü ildən |
Təhsili | Bakı Xoreoqrafiya Məktəbi (1964) |
Teatr | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
Mükafatları |
![]() ![]() ![]() |
Çimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır.[1]
Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir.[2]
Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır.[1] Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur.[3] Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir.[4]
Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar:[5][6]
Partiya | Əsər | Müəllif |
---|---|---|
Şirin | Məhəbbət əfsanəsi | Arif Məlikov |
Ayişə | Yeddi gözəl | Qara Qarayev |
Sari | İldırımlı yollarla | Qara Qarayev |
Qız | Şur | Fikrət Əmirov |
Nəsiminin sevgilisi | Nəsimi dastanı | Fikrət Əmirov |
Gülyanaq | Qız qalası | Əfrasiyab Bədəlbəyli |
Jizel | Jizel | Adolf Adan |
Xanım | Xanım və xuliqan | Dmitri Şostakoviç |
Kitri | Don Kixot | Lüdviq Minkus |