. Love.az

Cin Aktinidiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Cin Aktinidiyasi

Çin aktinidiyası — Cənub Şərqi Asiyada bitir.Yarpaqları tökülən kol lianasıdır.Çin aktinidiyasının meyvələri "kivi" kimi tanınmışdır.Tumurcuqları tamamilə və ya bir hissəsi yarpaq yarıqlarında gizlənmişdir.Yarpaqları növbəli,bütöv,kənarları dişlidir,yalançı zoğları yoxdur.Çiçəkləri müxtəlif ölçülü (diametri 1-1,5-dən 3 sm-ədək),yarpaqların qoltuqlarında üç-üç və ya tək yığılmışdır.Çiçəkyanlığı iki və ya 4-5 hissəlidir.Çiçək tacı kasaşəkillidir,ağ,qızılı-sarı və ya narıncı rəngli çiçəkləri olur.Sütuncuqları 8-15 ədəd,sapvari,bünövrəsində bitişik və üstə əyilmişdir.Meyvəsi uzunsov giləmeyvə,sarı-yaşıl və ya açıq-narıncı,yeməlidir.

Çin aktinidiyası
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Dəstə:
Erikaçiçəklilər
Fəsilə:
Aktindiyakimilər
???:
Çin aktinidiyası
Beynəlxalq elmi adı
  • Actinidia chinensis Planch.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  506775
NCBI  3625
EOL  392751

Mündəricat

  • 1 Ekologiyası
  • 2 Azərbaycanda yayılması
  • 3 İstifadəsi
  • 4 Məlumat mənbəsi

Ekologiyası

redaktə

Şaxtayadavamlılığı zəifdir.Minerallarla zəngin torpaqlarda bitir.Qrunt sularına tab gətirmir.

Azərbaycanda yayılması

redaktə

Lənkəranda,Astarada,Qubada,Zaqatalada,Balakəndə mədəni şəraitdə becərilir.

İstifadəsi

redaktə

Meyvəsi iyli,turşaşirin,yeməlidir.Tərkibində çoxlu vitamin vardır.Şaquli yaşıllaşdırmada geniş istifadə olunan sarmaşan bitkidir.

Məlumat mənbəsi

redaktə
  • Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çin_aktinidiyası&oldid=7338974"
LOVE.AZ