Çingiz Əbdül Məcid oğlu Fərzəliyev — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2006).[1]
Çingiz Fərzəliyev | |
---|---|
![]() | |
Doğum tarixi | 20 noyabr 1943(1943-11-20) (81 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | rəssam, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru |
Təhsili | V.İ.Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutu |
Mükafatları | |
![]() |
1943-cü il noyabrın 20-də, Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə V. İ. Surikov adına Moskova Dövlət Akademik Bədii İnstitutunun boyakarlıq fakültəsini bitirib. 1975-ci ildən SSRİ Rəssamlıq İttifaqının üzvüdür. 1966-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 2004-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında boyakarlıq kafedrasının müdiridir. 2008-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2010-cu ildən 2023-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru olub.[2][3] Həmçinin 2010-cu ildən Təsviri sənət Dövlət Ekspert Komissiyasının sədridir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |