Çingiz Aşralı oğlu Qənizadə (1 avqust 1957, Ağdaş) — Azərbaycan Respublikası Milli Məclisinin IV[1] və V çağırış deputatı, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi.
Çingiz Qənizadə | |
---|---|
![]() | |
Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırışlarının deputatı | |
2010 – 2020 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Çingiz Aşralı oğlu Qənizadə |
Doğum tarixi | 1 avqust 1957(1957-08-01) (67 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | alim, siyasətçi |
|
|
Təltifləri |
![]() |
![]() |
Çingiz Aşralı oğlu Qənizadə 1 avqust 1957-ci ildə Ağdaş şəhərində anadan olub. 1964–1974-cü illərdə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1975–1977-ci illərdə hərbi xidmətdə olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1984-cü ildə BDU-nun Hüquq fakültəsini bitirərək hüquqşünas ixtisasına yiyələnib.[2]Ailəlidir, iki övladı, 4 nəvəsi var
1989–1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992–1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır. 1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə IV və V ÇağırışAzərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2021-ci ildə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunması üçün YAP sədri, prezident İlham Əliyevə məktubla müraciət etmişdir. Bundan sonra prosedura uyğun olaraq Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 9 fevral 2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edilmişdir. 10 fevral 2021-ci il tarixdə isə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclasında partiya sıralarına üzvlüyü təsdiq edilmişdir.[3]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2017-ci il tarixli Sərəncamı ilə Çingiz Aşralı oğlu Qənizadə Azərbaycan Respublikasının İctimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[9]