Çizkeyk (ing. cheesecake) — bir və ya daha çox təbəqədən ibarət olan bir şirniyyat. Əsas və ən qalın olan təbəqə yumşaq və təzə pendir, yumurta və şəkərin qarışığından ibarətdir. Alt təbəqələr isə peçenye qırıqları, qraham krakerlərindən hazırlanır.[1] Çizkeyk əsasən şəkər, meyvə, krem, fındıq və peçenye ilə bəzədilir. Çizkeyk çiyələk, balqabaq, şokolad kimi məhsullarla bişirilə bilər.
Çizkeyk | |
---|---|
![]() | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | Şirniyyat |
Süfrə dərəcəsi | Don, Otaq temperaturu |
Çizkeyk qədim Yunanıstanda olduqca məşhur idi.[2] Çizkeykin ən qədim təsdiqlənməsi qədim yunan həkimi Aeqiusun yazılarında qeydə alınmışdır.[3][4] Ən qədim çizkeyk reseptləri Cato the Elder's De Agri Cultura adlı kitabda yazılmışdır.[5][6] Orada libum və plasenta adlı çizkeyk reseptləri mövcud idi. Plasenta müasir çizkeyk kimi hazırlanırdı.[7]