. Love.az

Coban Qurban Oglu Kurqani - Wikipedia - Love.az

Ana Səhifə - Coban Qurban Oglu Kurqani

Çoban Qurbanoğlu Kurqanı — tarixi tunc dövrünə təsadüf edən ölkə əhəmiyyətli arxeoloji abidədir. Azərbaycan Respublikasının Qazax Rayonunun Daş Salahlı kəndinin Xəzallının Ağzı deyilən ərazisində yerləşir.[1][2]

Mündəricat

  • 1 Yerləşmə
  • 2 Tarixi Dövr
  • 3 Əhəmiyyəti
  • 4 Tədqiqatlar
  • 5 İstinadlar

Yerləşmə

redaktə

Qazax Rayonunun Daş Salahlı Kəndinin Xəzallının Ağzı ərazisində Çoban Qurbanoğlu məzarının ətrafında , Avey Dövlət Tarix-Mədəniyyət qoruğunun tərkibində yerləşir. Hündürlüyü 1.5 metr diametri isə 4 metrdir.[1]

Tarixi Dövr

redaktə

Kurqan Tunc dövrünə aiddir. 1961-ci ildə Aparılan tədqiqat işləri bunu təsdiqləyir.[2]

Əhəmiyyəti

redaktə

Çoban Qurbanoğlu kurqanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Dövlət mühafizəsinə götürülmüş Daşınmaz Tarix və Mədəniyyət abidələrindən biridir. Qeydiyyat nömrəsi 1252-dir.[2]

Tədqiqatlar

redaktə

1961-ci ildə Qazax arxeoloji ekspedisyasının apardığı tədqiqatlar zamanı aşkar edilmiş və qeydə alınmışdır.[1][2]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Tarixin dərin izlərini yaşadan kurqanlar - FOTO". turkustan.az. 21 May 2024. İstifadə tarixi: 05.31.2025.
  2. ↑ 1 2 3 4 "Qoruq ərazisində yerləşən Çoban Qurban oğlu kurqanı haqqında məlumat". avey-heritage.az. 13 Mart 2019. İstifadə tarixi: 31.05.2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çoban_Qurban_oğlu_kurqanı&oldid=8156276"
LOVE.AZ